BolgeXeber.Com » Ölkə » Hərbi əlilin evi iki dəfə soyuldu-MÜRACİƏT

Hərbi əlilin evi iki dəfə soyuldu-MÜRACİƏT

6-07-2015, 15:44
Oxunub: 3 637 Hərbi əlilin evi iki dəfə soyuldu-MÜRACİƏTVüsal Ağasalayev: «Hər iki hadisədən sonra polisə məlumat vermişəm, amma indiyə qədər heç bir tədbir görülməyib»

Qaradağ rayon Lökbatan qəsəbəsi 6-cı massiv ev 51 B ünvanda yaşayan 2-ci qrup hərbi əlil, ehtiyyatda olan kapitan Ağasalayev Vüsal Yəqinəli oğlu prezidentə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayətçi düşüb. Narazı vətəndaşın BOLGEXEBER.COM -a da daxil olan müraciətində deyilir:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Sizə müraciət edərək bildirmək istəyirəm ki, müraciətim hələdə tam baxılmayaraq qalmaqdadır, 28.05.2015-ci il tarixdə mən və ailə üzvlərim Abşeron rayon Qobu qəsəbəsinə qohumum gilə qonaq getmişdik, həmin gecə 29.05.2015-ci il tarixdə saat 0100 radələrində evə qayıdarkən evin mətbəxin dəmir barmaqların və pəncərələrin qırıldığını gördüm.
Bu vaxt mən evə girdim və evdə yataq otaqlarında o cümlədən digər otaqlarda hər şeyin darmadağın olduğunun şahidi oldum. Ordan 1000 manat pul və mənə məxsus 4 ədəd qızıl qolbağ cəmi 1500 manat məbləğində qızıl zinyət əşyaların oğurlandığının şahidi oldum. Bu zaman dərhal 102 xidmətinə zəng etdim məlumat verdim, 10-cu bölmədən bir neçə nəfər nümayəndə gəlib, evə baxıb, müayinələr aparıb getdilər. Lakin bu günə qədər bu barədə tədbir görülməyib, hətda sahə müvəkili Şəmsəddin adlı şəxslə üç dəfə bu barədə müraciət etsəm də mənə acılı cavab vermiş və bildirmişdir ki, mən Şerlonxoms deyiləm, get kimə nə deyirsən de deyərək məni acıladı.
12.05.2015-ci ildə səhər saat 8-də öz evimdən çıxıb, Astara rayonuna getdim.05.07.2015-ci ildə saat 13 radələrində evimə qayıdarkən darvazanı açarkən gödüm ki, yenə mətbəxin dəmir barmaqlıqları yenə darmadağın edilib, evə girəndə gördüm ki, yenə evə basqın edilib, oğurluq olunub, belə ki, bir ədəd beko markalı televizor 1350 manat məbləğində, 2 ədəd kompyuter 1450 manat məbləğində, üç ədəd medal və digər xırda əşyaların aparıldığını və evimin xarabalığa çevrildiyini gördüm. Bu barədə də 102 xidmətinə məlumat verdim.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, mənin evimə basqın edən şəxslərin tez bir zamanda tapılmasına və mənə dəymiş zərərin ödənilməsinə müvafiq göstəriş verəsiniz.

Qeyd etmək istəyirəm polis orqanlarının məsul işçiləri bu barədə çox zəif və məni qani etməyən bir araşdırma aparır".

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
BOLGEXEBER.COM