BolgeXeber.Com » Ölkə » “Bakının mənzil bazarı iflic vəziyyətdədir” – Ekspert

“Bakının mənzil bazarı iflic vəziyyətdədir” – Ekspert

7-07-2015, 13:02
Oxunub: 4 311 “Bakının mənzil bazarı iflic vəziyyətdədir” – Ekspert“Bakıda Avropa Oyunları keçirilən zaman mənzil bazarında cüzi canlanma hiss olunurdu. Xüsusən də kirayə evlərə təlabat 4,51 % artmışdı. Amma hazırda mənzil bazarı özünün ən iflic dövrünü yaşayır”

BOLGEXEBER.COM bildirir ki,bu barədə AzVision.az-a "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

“İlin əvəlindən iyun ayının sonuna qədər qiymətlərdə dollarla ifadədə 24% azalma, manatla ifadədə 1 % artım var. Ötən ilin iyun ayını bu ilin iyun ayı ilə müqayisə etdikdə fərq dollarla ifadə edilsə 22,7 % azalma baş verib. Lakin manatla ifadədə 2,2% artım var. Kirayə mənzil bazarı üçün şəhərin ən bahalı yerləri metroya yaxın, mərkəz hissələr, eləcə də təhsil ocaqları və infrastrukturun inkişaf etdiyi yerlərdir. Bu tipli evlərin kvadratmetri 15 manata başa gəlir.

Metronun “Elmlər akademiyası”, “28 May”, “Sahil” metrosunun ətrafı da bahalığına görə fərqlənir. Amma şəhərin mərkəzində, metrodan kənar ərazilərdə kirayə mənzillərin qiyməti kvadratmetrə görə 10-13 manat civarında dəyişir. Şəhərdən kənarda isə kvadratmetri 6 manata təklif olunan mənzillərə də rast gəlmək olur”.

Mənzil bazarının iflic durumda olduğunu deyən ekspertin sözlərinə görə, ötən illə müqayisədə aktivlik 4-5 dəfə azalıb.

“Aprel ayında qiymətlər 6 %, mayda 3,5 %, iyun ayında isə 1,1 % ucuzlaşıb. Bu da aktivliyin son dərəcə aşağı olması və mənzil satışı bazarının iflic vəziyyətdə olmasından irəli gəlir. Təbii ki, bu da səbəbsiz deyil.

Hazırda acınacaqlı durum xaricdən ölkəyə daxil olan pul kütləsinin, daxildə investorların və alıcıların mənzil bazarına yatırdıqları pul kütləsinin azalması ilə bağlıdır. İkinci səbəb isə daşınmaz əmlakın alqı-satqısına tətbiq olunan vergidir. Daşınmaz əmlak bazarı o vaxt özünün aktiv fazasında olur ki, onun ekspozisiya xərcləri minimum olsun.

Məsələn, bizdə əvvəl ekspozisiya xərcləri 3% təşkil edirdisə, bu gün 6-7 dəfə artıb. Ona görə də heç kim mənzilini satmağa maraqlı deyil, satışı həyata keçirmək istəyəndə isə tətbiq olunan vergini satış qiymətinin üzərinə qoymaq istəyir. Alan isə təbii ki, bununla barışmır. Belə olan halda mənzil bazarını iflic vəziyyətə qalır ”.
BOLGEXEBER.COM