İmişlidə gənclər həqiqi hərbi xidmətə yola salınıb-FOTO
9-07-2015, 12:19
Oxunub: 6 213
Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq, 2015-ci il iyulun 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb
Bolgexeber.com xəbər verir ki, İmişli rayonunun Bayraq Meydanında rayondan olan gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Mərasimdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin nümayəndələri, rayon ictimaiyyəti və çağırışçıların valideynləri iştirak ediblər.
Çıxış edən Vilyam Hacıyev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib. Digər çıxış edənlər Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda inamlı addımlar atılır.
Valideynlər ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək, övladlarının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiklərini deyiblər. Çağırışçılar Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər. Gənclər dövlət bayrağımıza ehtiramlarını bildirərək, musiqi sədaları altında həqiqi hərbi xidmətə yola salınıblar.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər