BolgeXeber.Com » Ölkə » Xaçmaz Mərkəzi Kitabxanasında Azad Əlifxanov kabusu

Xaçmaz Mərkəzi Kitabxanasında Azad Əlifxanov kabusu

10-07-2015, 14:57
Oxunub: 6 912 Xaçmaz Mərkəzi Kitabxanasında Azad Əlifxanov kabusuKitabxana müdiri ilə Mədəniyyət və Turizm İdarəsinin müdiri birləşərək dövlət vəsaitlərini mənimsəyirlər

Xaçmazdan AzFakt.com-a daxil olan məlumata görə rayon Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Mərkəzi Kitabxananın müdiri Azad Əlifxanov tabeçiliyində olan qurumu şəxsi obyekti kimi idarə edir.

Kitabxana müdiri həyata keçirtdiyi maxinasiyalar sayəsində demək olar ki, kiçik oliqarxa çevrilib. Belə ki, Azad Əlifxanovun Xaçmaz Mərkəzi Kitabxanasının balansında olan kənd kitabxanalarının hesabına hər ay külli miqdarda qazanc əldə ediyi deyilir.

Bildirək ki, Xaçmaz icra hakimiyyətinin rəsmi saytında qeyd olunub ki, rayonda 102 kitbaxana fəaliyyət göstərir və kitabxanalarda 250 yaxın işçi işləyir. AzFakt.com-a göndərilən məlumatda qeyd olunur ki, Azad Əlifxanovun kitabxanların əli ilə həyata keçirtdiyi maxinasiyalarda əsas şəriki Xaçmaz rayon Mədəniyyət və turizm İdarəsinin müdiri Nazim Ağayevdir. Ancaq Mərkəzi kitabxananın nəzdindəki 46 kənd kitabxananın idarəçiliyi və ordakı bütün özbaşınalıqlara birbaşa Azad Əlifxanova rəhbərlik edir. Çünki kitabxana müdiri korrupsiya işlərində mahir işçilərdən biridir. İnformasiya mənbəmzi bildirir ki, Azad Əlifxanov 80 yaxın diplomu olmayan işçini rüşvət alaraq kənd kitabxanalarına işə götürüb. İşə girmək istəyən şəxslər isə Kitabxana müdirinə 1500 - 2000 manat arası rüşvət verirlər. Ancaq Azad Əlifxanovun işi işə götürməklə bitmir. Onun əsas qazanc yeri kitabxanalarda işləyən işçilərin əmək haqqlarından hər ay 20-30 manat kəsməsidir. Mənbəmiz qeyd edir ki, işçilər kitabxana müdirinə əmək haqqıdan kəsdiyi pula görə narazılıq etsə də Azad Əlifxanov onların sakit durmaları üçün variant tapıb. Həmin varinat ondan ibarətdir ki, əgər kimsə müdirin əmək haqqı kəsməsi işindən narazılıq edərsə o zaman Azad Əlifxanov həmin işçinin heç bir ali təhsilinin olmamasını bəhanə gətirərək işindən azad edir. Diplomsuz işçilərin işə götürülməsini isə Azad Əlifxanov özü təşkil edir. Yerdə qalan digər ali təhsilli işçiləri isə diplomsuz işçilərin əli ilə susdurulur. Belə ki, narazıları öz adamları vasitəsi ilə üz üzə qoyur, onların işə gəlmədiyini, davamiyyəti pozduğunu və digər maddələr gətirərək adamlarını üzlərinə durğuzaraq işindən çıxartdırır.

Mənbə bildirir ki, kitbaxana müdirinin bu əməlinə görə heç kəs ona “gözün üstə qaşın var” deyə bilmir. Çünki Azad Əlifxanovun arxası və korrupsiya sistemi çox güclüdür. Kitabxana müdiri ay ərzində işçilərin əmək haqqısından kəsdiyi vəsaitin təxminən 4-5 min manat olduğu deyilir. Bundan başqa Azad Əlifxanov rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayevlə birləşərək hər ay onlarla işçiyə yardım yazdıraraq həmin vəsaiti mənimsəyirlər. İdarə müdiri ilə kitabxana müdirinin başqa bir maxinasiyası isə kənd kitabxanlarının cari təmiri üçün ayrılmış vəsaitlərin silinməsdir. Hər il Nazim Ağayevlə Azad Əlifxanov cari təmir əməliyyatında azı 100 min manata yaxın qazanc əldə edirlər.

Xaçmaz Mərkəzi Kitabxanasına cari təmir üçün ayrılan vəsaitlər və həmin vəsaitlərin necə silinərək mənimsənilməsi ilə bağlı növbəti yazımızda oxucularımıza ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.
Bolgexeber.com