BolgeXeber.Com » Ölkə » AZAL pulsuz daşıdığı idmançıların əvəzini çıxmaq üçün qiyməti qaldırıbmış...

AZAL pulsuz daşıdığı idmançıların əvəzini çıxmaq üçün qiyməti qaldırıbmış...

13-07-2015, 16:11
Oxunub: 4 413 AZAL pulsuz daşıdığı idmançıların əvəzini çıxmaq üçün qiyməti qaldırıbmış...Aviabiletlərin qiymətləri həm də ona görə artırılıb ki, AZAL Bakıda keçirilən Avropa Oyunları zamanı minlərlə idmançını və onların məşqçilərini pulsuz daşıyıb

Bunu virtualaz.org saytına AZAL Dövlət Konserninin rəhbərliyində təmsil olunan şəxslərdən biri deyib. O, haqqin.az saytının aviabiletlərin bahalığını tənqid edən məqalələrinə belə münasibət bildirib.
“Haqqin.az saytında iki gün ərzində üç tənqidi məqalə yazıldı. Siz aviabiletlərin qiymətinin yüksək olmasını tənqid edərkən bir məqamı da nəzərə almalısınız ki, bizim aviaşirkət Avropa Oyunları zamanı minlərlə idmançını və onların məşqçilərini pulsuz daşıyıb” - deyə həmsöhbətimiz bildirdi.
Qeyd edək ki, haqqin.az saytında son günlər ərzində AZAL-ın biletlərinin çox baha olmasını tənqid edən silsilə məqalələr dərc olunub, bu da geniş ictimai rezonans doğurub.