BolgeXeber.Com » Ölkə » İlham Əliyev: “Vergilər Nazirliyi, hüquq mühafizə orqanları haqq qoyurlar, “krışalıq” edirlər-VİDEO

İlham Əliyev: “Vergilər Nazirliyi, hüquq mühafizə orqanları haqq qoyurlar, “krışalıq” edirlər-VİDEO

14-07-2015, 09:35
Oxunub: 1 303 İlham Əliyev: “Vergilər Nazirliyi, hüquq mühafizə orqanları haqq qoyurlar, “krışalıq” edirlər-VİDEO“Haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər”

Nazirlər Kabinetinin dünənki iclasında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib.

Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib:

“Bir çox hallarda vergilər ödənilmir, bir çox hallarda yayınmalar olur. Bunu hamı bilir. Sahibkarlarda bilir, cəmiyyət də bilir.

Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir.

Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü sərt aparır, tələbkardır. Burada iki məsələni ayırmalıyıq. Vergilər nazirliyi çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər.

Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır. əgər hesab edirlər ki, bunu heç kim bilmir - səhv edirlər. Bu məsələ çox ciddi məsələdir. Və mənə məlumatlar gəlir ki, bəzi yerlərdə bu kütləvi hal alıb. Mən bu gün bütün aidiyyəti qurumlara tapşırıq verirəm. Belə hallar dərhal yığışdırılmalıdır”.Prezident qeyd edib ki, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam: “Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.

Dövlət başçısı qeyd edib ki, ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək: “Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.
Bolgexeber.com