BolgeXeber.Com » Ölkə » İcra başçısı Gədəbəydə elə bir sistem qurub ki... - Özü olmadıqda belə "zülm maşını" iş başındadır...

İcra başçısı Gədəbəydə elə bir sistem qurub ki... - Özü olmadıqda belə "zülm maşını" iş başındadır...

14-07-2015, 11:06
Oxunub: 2 994 İcra başçısı Gədəbəydə elə bir sistem qurub ki... - Özü olmadıqda belə "zülm maşını" iş başındadır...Gədəbəy rayon peşə məktəbinin sökülən bir korpusunun, eləcədə şəhərin 20 Yanvar küçəsində qanunsuz sökülmüş sahibkar obyektlərinin daşları yenidən istifadə olunmaq üçün Slavyanka kəndinə daşınırğ

Bu gün Gədəbəydə tüğyan edən məmur özbaşınalıqlarından bəhs edən çoxsaylı materiallarımızda biz dəfələrlə qeyd etmişik ki, Ramiz Yediyarovun bu rayona icra başçısı təyin olunduğu 2012-ci ildən bəri yığılıb qalan ən müxtəlif problemlərin sayı-hesabı yoxdur. İcra başçısının yol verdiyi özbaşınalıqlar ucbatından rayonun təhsil, səhiyyə, mədəniyyət kimi sahələri tənəzzülə uğramış, iqtisadiyyat çökdürülmüş, yerli əhali isə haqsız-hüquqsuz kütlə şəklinə gətirilmişdir. Bütün bünlara rəğmən, bu yaxınlarda rayondan aldığımız yeni məlumatlar sakinlərdə hələ də Ramiz Yediyarov zülmündən tezliklə xilas olacaqlarına dair bir ümidin yaşadığını isbat etmişdi. Həmin məlumatlarda bildirilirdi ki, Ramiz Yediyarov məzuniyyətə çıxıb. Həm də məhz bununla bağlı bəzi məqamlar əhalidə müəyyən ümidlər doğurub. Məsələ bundadır ki, məzuniyyətə çıxan başçı öz yaxınları ilə sanki bir də geri qayıtmayacaq kimi görüşüb-halallaşıb. Bu isə illərdən bəri hüquqları icra başçısı tərəfindən tapdanan sakinlərə sanki ikinci nəfəs verib. Lakin hadisələrin hazırki gedişindən məlum olur ki, hətta rayonda olmadığı müddətdə belə, Ramiz Yediyarov camaata zülm etmək üçün müəyyən prosesləri əvvəlcədən və uzun müddətə proqramlaşdıra da bilir. Buna bir sübut olaraq, rayonun ən populyar istirahət zonalarından biri sayılan Slavyanka kəndində gedən prosesləri nəzərdən keçirmək olar. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, Ramiz Yediyarov bir müddət əvvəl bu kəndin sakinlərindən olan beş nəfərə məxsus pay torpaqlarını (hər biri 8 sot olmaqla) həmişəki kimi, yəni tamamilə qeyri-qanuni olaraq zəbt edib. Ümumi sahəsi 40 sot olan bu ərazi başçının yaxın qohumu olan sürücüsünün adına sənədləşdirilib. Həmçinin məlumatda bildirilir ki, bu ərazidə Ramiz Yediyarovun sifarişi ilə inşa olunan dəbdəbəli şəxsi villanın tikinti işləri də, məhz başçının məzuniyyətə çıxmasından sonra daha da sürətlənib. Bəzi mənbələrin rəyinə görə, Ramiz Yediyarov məhz məzuniyyətdən sonra yenidən vəzifəyə dönə bilməyəcəyi ehtimalını dəyərləndirərək, qalan müddət ərzində tikintini başa vurmaq istəyir. Bu məsələ ilə bağlı daha bir maraqlı məqam da, başçının tikinti məsrəflərini minimuma endirmək üçün əl atdığı üsullarla bağlıdır. Bu xüsusda məlumatlarda bildirilir ki, sözügedən villanın tikintisində inşaat materiallarının təkrar istifadəsinə üstünlük verilir. Belə ki, Gədəbəy rayon peşə məktəbinin sökülən bir korpusunun, eləcədə şəhərin 20 Yanvar küçəsində qanunsuz sökülmüş sahibkar obyektlərinin daşları yenidən istifadə olunmaq üçün Slavyanka kəndinə daşınır. Doğrudur, bəzi mənbələr bu əməliyyatı iş icraçılarının öz mənafeyləri naminə həyata keçirdikləri “şəxsi təşəbbüs” kimi də dəyərləndirirlər. Lakin Ramiz Yediyarovun xasiyyətinə yaxından bələd olanlar, başçıya qarşı belə “nömrə”lərin mümkünsüzlüyünü yaxşı bilirlər.Digər tərəfdən isə, bu gün Gədəbəyin orta məktəblərində baş verənlər də icra başçısının əvvəlcədən proqramlaşdırdığı proseslərin bariz nümunəsi kimi təzahür etməkdədir. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, orta məktəb müəllimlərinin almalı olduqları yay məzunuiyyət pullarından 30 manat məbləğində sığorta haqqı tutulur. Maraqlıdır ki, bir çoxlarının həmin pula məhz nəyin sığorta olunduğuna dair ümumiyyətlə məlumatları olmadığı halda, bəzilərinin bu barədə olduqca səthi və çox dumanlı anlayışları var. Amma dəqiq məlum olan budur ki, 30 manat hər bir müəllimin məzuniyyət pulundan mütləq tutulur. Beləliklə, bir daha aydın olur ki, Ramiz Yediyarovun yerli sakinlərə divan tutması üçün onun şəxsən Gədəbəydə olması heç də vacib deyil. Eyni zamanda bu da məlum olur ki, bu zülmə son qoyulması üçün Ramiz Yediyarovun vəzifədən alınması həm zəruri, həm də kafi şərtdir.