BolgeXeber.Com » Ölkə » Sumqayıtda işini yarımçıq qoyan dövlət idarəsi - ŞİKAYƏT(FOTO)

Sumqayıtda işini yarımçıq qoyan dövlət idarəsi - ŞİKAYƏT(FOTO)

15-07-2015, 10:01
Oxunub: 3 058 Sumqayıtda işini yarımçıq qoyan dövlət idarəsi - ŞİKAYƏT(FOTO)"Su idarəsinin əməkdaşları gəlib nasaz borunu düzəltsə də, blokun qarşısını bu günə qoyublar"

Sumqayıt şəhər 18-ci mikrorayon sakinləri Su kanal idarəsindən şikayət edirlər.
Şikayət mətnini olduğu kimi təqdim edirik:
Binamızın qarşısında su borusu partlamışdı. Su idarəsinin əməkdaşları gəlib nasaz borunu düzəltsə də, blokun qarşısını bu günə qoyublar. Bunun yayı belədirsə, qışını bir düşünün ki, necə olacaq. Şikayət edib bu fotoları Sumqayıt Şəhər İcra Hakimiyyətinin e-mail ünvanına da göndərmişik. Lakin hələ bir cavab yoxdur.
Biz sakinlər bu işi görən qurumdan 18-ci mkr, ev 31a-ya qayıdaraq gördükləri işi yekunlaşdırmaqlarını istəyirik.
Məsələ ilə bağlı Sumqayıt şəhər Su Kanal İdarəsi ilə əlaqə saxlayıb problemə münasibət öyrənmək istədik. Qurumdan bildirdilər ki, problemdən xəbərdardırlar və özləri gözləyirdilər ki, bir az müddət keçsin və ərazi tam qurusun, çünki oranı böyük ölçüdə su basmışdı. İdarə rəsmisi söylədi ki, bir həftədən sonra gəlib asfaltlayacaqlar.
xeberle.com
Sumqayıtda işini yarımçıq qoyan dövlət idarəsi - ŞİKAYƏT(FOTO)