BolgeXeber.Com » Ölkə » Aqrar Universitetdə məzunlara nə tapşırıq verilib? - diplomları cildləmək üçün pul gətirin - 150 manat
Aqrar Universitetdə məzunlara nə tapşırıq verilib? - diplomları cildləmək üçün pul gətirin - 150 manat
16-07-2015, 15:19
Oxunub: 5 335
Azərbaycan Aqrar Universitetindən müraciət edən bir qrup tələbə bildirib ki, ali məktəbin rəhbərliyi onlara xüsusi göstəriş verib. 4-cü kursu bitirən tələbələrə deyilib ki, imtahanları vermiş, diplom işləri üzrə müdafiəni başa vurmuş məzunlar oktyabrın əvvələrində Gəncəyə gələrək rektoratlıqda qeydiyyata düşməlidirlər. Məzunlar bunun səbəbini anlaya bilmirlər. Bizə müraciət edən tələbələr deyir ki, oğlanlar iyul ayında hərbi xidmətə yollanacaqlar. Rektoratlığın tələbi isə onlarda anlaşılmazlıq yaradıb. Hərbi xidmətdə olan məzunlar diplomlarını almaq üçün Aqrar Universitetə necə gələ biləcəklərini anlaya bilmirlər.
Universitet rəhbərliyi hətta diplom almaq istəyən tələbələrə bildirib kiÖ «ödəniş olaraq» 150 manat da verməli olacaqlar. Bunun isə nə üçün alındığı bilinmir. Şikayətçilər deyir ki, diplomların gecikdirilməsi məsələsinin Təhsil Nazirliyi ilə əlaqədar olmasını deyən rektoratlıq, Bakıdan təsdiqlənmiş diplomların alınması ilə əlaqələndirib. Həm də diplomların üzlənlənməsi, cildlənməsi, mətbəədə çapı və Təhsil Nazirliyinə veriləcək «şirinlik»lə əlaqələndirən Aqrar Universitet rəhbərliyi 150 manatı ona görə topladığını deyib.
GUNDEMİNFO.AZ-a bilgi verən universitetdəki mənbə bildirir ki, Aqrar Universitetin daxilində mətbəə fəaliyyət göstərir və bütün çap-cildləmə işləri də burada aparılır. Yəni bu ali məktəbdə tələbələr üçün hazırlanan diplomlara görə, əlavə mətbəə xərcinin alınması pozuntudur.
Qeyd edək ki, bu məsələ ilə bağlı ilk problemdir və analoji olaraq digər universitetlərdə hər hansı problem yaranmayıb.
Mövzu ilə bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər