Sabirabadda Vaqif Şıxəliyev problemi - Molla da şikayət etdi
17-07-2015, 13:32
Oxunub: 8 711
"Vaqif Şıxəliyev bura gəlib özünü ağsaqqal kimi apacaqsa, mən mollalığın daşını atıram"
Müqəddəs Ramazan bayramını bütün dünya müsəlmanları coşqu ilə bayram edəcək. Belə bir əziz gündə hamı əzizlərinin özünü, yaxud rəhmətə gedibsə, məzarını ziyarət edir.
Belə bir ərəfədə, daha doğrusu, Sabirabaddan olan molla Qədir Balansinfo.az saytının redaksiyasına iş adamı kimi tanınan, əslən Sabirabaddan olan Vaqif Şıxəliyevdən gileyli məktub göndərib. Məktub ixtisarla dərc olunur: "Bu məktubu yazmaqda məqsədim budur ki, Sabirabada həmişə başağrısı gətirməsi ilə məşhur olan Vaqif Şıxəliyev bu gün Sabirabada gəlib, qəbiristanlığa baş çəkib... Özünü ağsaqqal kimi təqdim edib. Bəs niyə indiyə kimi gəlmirdi? Yoxsa bu il seçki ilidir, ona görə gəlib? Deputat olmaq istəyir??? Bu yerdə Sabirabadda məşhur olan bir lətifəni xatırlatmaq istəyirəm: bir gün Sabirabadda məşhur molla Camal şıxır minbərə:
-Ay camaat, bilirsiniz Sabirabadın ağsaqqalı kimdir?
-Bilirik, deyə hamı bir ağızdan deyir.
Molla gülür:
-Bilirdinizsə, daha bura nəyə gəlibsiniz?
Neçə gündən sonra molla yenidən minbərə çıxır:
-Ay camaat, bilirsiniz Sabirabadın ağsaqqalı kimdir?
Yarı "Hə!", yarı "Yox!" deyir. Molla gülür:
-Gedin bilənlər bilməyənlərə başa salsın...
Neçə gün sonra molla bir də minbərə çıxır:
-Ay camaat, heç bilirsiniz Sabirabadın ağsaqqalı kimdir?
Bu dəfə hamı bir ağızdan "Yoooox!!!" deyir. Molla başını bulayır:
-Onda iş ki belə oldu, gedin Vaqif müəllimdən soruşun, daha bura nəyə gəlmisiniz?
İndi, Vaqif Şıxəliyev bura gəlib özünü ağsaqqal kimi apacaqsa, mən mollalığın daşını atıram. Bilirsiniz niyə? Bilmirsiz??? Onda gedin cavabını Vaqif Şıxəliyevdən soruşun...".
Məktubu yazdı: Əhəd
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər