BolgeXeber.Com » Ölkə » Bakıda fırıldaqçı nənə ilə iş birliyində olan taksi sürücüləri - ŞOK FAKTLAR (FOTO)
Bakıda fırıldaqçı nənə ilə iş birliyində olan taksi sürücüləri - ŞOK FAKTLAR (FOTO)
20-07-2015, 09:58
Oxunub: 5 648
Özünü yaşlı nurani nənə kimi göstərən, əslində isə xeyirxah insanları tələyə salan "Naraxanım"ı sıx də tanıyın
Bu yaşlı nənəni yəqin çoxlarınız görmüsünüz. «İçərişəhər» və «28 May» metrostansiyası yaxınlığında, «Fəvvarələr» meydanında, «Malakan» bağında yəqin ki, çoxlarınıza yaxınlaşaraq "çörəkpulu" istəyib. Bəlkə də, çoxlarınız cibinizdə olandan, imkanının çatandan bu xanıma vermisiniz. Əslində isə bu xanım bir çox insanların xeyirxahlığından sui-istifadə edərək, onlardan yaşlı nənəni taksi ilə evlərinə aparmağı xahiş edir. Ərazidə dayanan "badımcan" taksilərin də çoxu bu nənənin evini gözəl tanımasına baxmayaraq onunla əlbir olub, sizi bir xeyli müddət şəhərdə fırladaraq taksometrdə maksimum ödəniş məbləğinə nail olacaqlar. Daha sonra xeyirxahlığınıza qarşılıq olaraq sizi evinə "çay içməyə" dəvət edən bu nənə, nəvələri ilə birgə sizi evdə bağlayaraq bütün pullarınızı tələb edəcəklər. İstədikləri pulları vermədikdə isə polisə zəng edərək Sizi nəvəsini zorlamaqda və evi soymaqda ittiham edəcəklər. Xeyirxahlıq etmək istərkən özünüzü polis bölməsində görəcəksiniz....
Bütün bunlardan çətinliklə canını qurtaran Əli Kazımov sizlərin də bu tələyə düşməməyiniz üçün öz əhvalatını paylaşıb. (avtosfer.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər