BolgeXeber.Com » Ölkə » Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR

Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR

21-07-2015, 16:58
Oxunub: 5 196 Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR«Elnur müstəntiqin yanında Həbibə qayıtdı ki, pulların çox hissəsini sən yemisən»

Milli Məclisdə təmsil olunaraq bir sıra qanunların qəbulunda birbaşa iştirak edən, yazılı və elektron mətbuatdan, o cümlədən televiziya və radio vasitəsilə cəmiyyəti narahat edən məsələləri dilinə gətirməli olan bir şəxsin ailə üzvlərindən birinin vətəndaşların hüququnu pozmasını heç cür qəbul etmək olmur. Axı parlamentin tribunasından cəmiyyətə «dərs» deməyə çalışan bir şəxs gərəkdir ki, özü, yaxud da doğması xoşagəlməz addımlar atmasın, bir sözlə nümunə olsun. Amma təəssüf ki, tərcümeyi halında nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (III (2005-ci il) və IV çağırış (2010-cu il), o cümlədən Əfv Komissiyasının üzvü yazılan Elmira Axundovanın ailə üzvlərindən birinin tutduğu əməl, digərləri üçün örnək sayıla bilmz. Çünki deputatın oğlu Həbib Axundov anasının mandatından və cəmiyyətdə tanınmış şəxs olmasından istifadə edərək vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı xoşagəlməz hərəkət edərək, külli miqdarda vəsaitlərinin arxasına keçmişdir. Təbii ki, bunu kütləvi informasiya vasitələrinə ünvanlanmış müraciətlər sübut edir. Qeyd edək ki, ötən həftə Bakı şəhəri, Ə.Naxçıvani küçəsinin sakini Məmmədov Fərman Xeyrulla oğlu mətbuat vasitəsilə cəmiyyətə Həbib Axundov tərəfindən necə aldanmasına və son olaraq 575 min manatının arxasına necə keçilməsinə aydınlıq gətirmişdi.

Qısa olaraq bildirək ki, Fərman Məmmədovla Axundovlar ailəsi ilə yaxın olublar. Hətta Həbib Axundov Fərman Məmmədovun dizləri üstündə böyüyüb. Amma zərərçəkmiş şəxs olan Məmmədov bilməzdi ki, bir zaman gələcək qucağından yerə qoymadığı Həbib böyüyərək ona qarşı xoşagəlməz addım atacaq. Amma torpağın üzü qara olduğundan, o, bir çox üzləri qaraldıb. Necə ki, anasının mandata aldanın Həbib Axundovun da... Nəhayət günün birində, Həbib Axundov Fərman Məmmədova qarşı xoşagəlməz addım atdı və ondan 575 min manatın borc aldı. Sonradan isə bu pulu gah dandı, gah da qaytaracağını bildirək vaxt istədi. Son anda isə hər şeydən boyun qaçırdı. Əlbir olduğu dostu Elnur İbrahimovla birgə tək Fərman Məmmədova qarşı deyil, həmçinin bir neçə şəxsə qarşı külli miqdarda pul atdı.

«Üst-üstə ona 205 min manat pul verdim»

Kütləvi informasiya vasitələrinə edilən müraciətdə bu dəfə Həbib Axundovun digər iki nəfərə qarşı etdiyi xoşagəlməz hərəkətlərdən bəhs olunur. Belə ki, Nəsimi rayonu, A.Salamzadə küçəsinin sakini Vəliyev Ziya Fərhad oğlu necə aldanıldığından bəhs edir. Ziya Vəliyev bildirib ki, o deputatın oğlu ilə yaxın dost olan Elnur İbrahimovu 2000-ci illərdən tanıyıb: "2007-ci ildə universitetə qəbul olub Bakıya gəldim. Bundan sonra Elnur İbrahimovla dostluq münasibətim başladı. Onun ayrı işi var idi. Təxmini bilirdim ki, ofis ləvazimatlarının satışı ilə məşğul olur. "İntellekt" firmasında işləyirdi. Hardasa 2012-ci ilin əvvəlində Elnur müflis oldu, maşını, imkanı əlindən çıxdı. Aradan bir az keçəndən sonra isə onun maliyyə imkanları yaxşılaşmağa başladı. "İçərişəhər", "Nizami" metrostansiyasının yaxınlığında kafe açdı. Mənə də özünün məşğul olduğu biznesə qoşulmağı təklif etdi. Gördüm ki, ətrafındakı uşaqların da imkanları get-gedə yaxşılaşır. Nə yalan deyim, şirniklənib onun təklifini qəbul etdim. Soruşanda ki, bəs sənin biznesin nə ilə bağlıdır, dedi ki, Dubaydan kartric, ofis ləvazimatları vururam, arxamda Həbib Axundov dayanıb və mənə deyib ki, kef elə. Düşündüm əgər bu işdə deputatn oğlu da varsa, fırıldaq olmaz. "2-ci paralel" də yerləşən kafesinə getdim. "Qazel"ə kartriclərin yükləndiyini gördüm. Elnur oturmuşdu və qabağında çoxlu pullar var idi. Əslində isə o Dubaydan katric filan vurmayıb. Şəhərdəki dükanlardan 10 manata katric alıb şirkətlərə 5-6 manata satırdı. Bu işdə onun qazancı yox idi. Sadəcə olaraq insanların inamını qazanırdı və diqqətini cəlb edirdi. Üst-üstə ona 205 min manat pul verdim. Aldadıldığımı isə aradan bir müddət keçəndən sonra başa düşdüm. Həbib bildirdi ki, pullar batıb, hərə gedib öz işi ilə məşğul olsun".

«Həbibin kim olduğunu soruşanda qayıtdı ki, sən Həbibi tanımırsan, 111 maşınların sahibi, Elmira Axundovanın oğlu»

Həbib Axundovun toruna düşən digər şikayətçi isə Bakı şəhər, Suraxanı rayon sakini Vəliyev Elvin Elşad oğlu olub. Vətəndaş bildirir ki, İbrahimov Elnur Rauf oğlu ilə 2013-cü ilin mart-aprel ayında əmisi oğlu Ziya Vəliyevin vasitəsilə tanış olub: "Elnur əmim oğlu ilə eyni məhəllədə yaşayıb. Onunla bir neçə dəfə görüşmüşdüm. Nə işlə məşğul olduğunu soruşanda deyirdi ki, xaricdən kartriclər, ofis ləvazimatları gətirir. Bu işə bulaşana qədər "Yeni Bakı” MMC-nin direktoru idim. Yaxşı işim var idi, halal pul qazanıb ailəmi saxlayırdım. Elnur İbrahimov mənə onun biznesinə şərik olmağımı təklif etdi. Dedi ki, Həbib Axundov da onunla şərikdir. Həbibin kim olduğunu soruşanda qayıtdı ki, sən Həbibi tanımırsan, 111 maşınların sahibi, Elmira Axundovanın oğlu. Onun bu biznesə 750 min manat qoyduğunu söylədi. Fikirləşdim ki, tanınmış deputatın övladı biznesə bu qədər pul qoyubsa, onu aldatmaz. Onu aldatmırsa, mənə də kələk gəlməz. Bu fikirlə çox çək-çevirdən sonra məni də oyuna salmağı bacardı. Hadisələr may ayının əvvəllərindən başladı. Bir də ayıldım ki, iki ay müddətində 202 min manatım Elnur İbrahimovdadır. Pulun 32 min manatı ailəmizin son 15 il müddətində yığdığı vəsait idi. Yerdə qalan 170 min manatı isə tanışlarımdan almışdım. Pulu birbaşa Elnura vermişəm. Onu əmim oğlunun vasitəsilə tanımışam. Həbib Axundovun adı altında məni aldatdı”.Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR

«Elnur müstəntiqin yanında Həbibə qayıtdı ki, pulların çox hissəsini sən yemisən»

Elvin Vəliyev bildirir ki, günün birində əmim oğlu ilə danışdım, o dedi ki, Elnuru Yasamal Rayon Polis İdarəsinə gətirirlər sən də gəl:«İdarənin qarşısında 50-dən çox insan var idi. Seymur adlı müstəntiq Elnur İbrahimovu dindirirdi. Bu adam "Rent car" işlədən şəxsləri də aldatmışdı. İdarədə Elnurun bu işdə tək olmadığını, onun arxasında güclü birinin dayandığını başa düşdüm. Müstəntiqin qarşısında Həbib Axundov Elnuru yumruqla vurdu. Nəyə görə? Ona görə ki, Elnur müstəntiqin yanında Həbibə qayıtdı ki, pulların çox hissəsini sən yemisən. Bunu eşidən deputatın oğlu özündən çıxdı. Həmin gün Elnuru sərbəst buraxdılar. Müstəntiq bizə bu şəxsi həbs edə bilməyəcəyini söylədi. Hətta bunun üçün bəzi səbəblər də gətirdi. Aradan bir neçə gün keçəndən sonra Həbib mənə zəng vurub dedi ki, Elnuru Şüvəlandakı bağa aparıram, sən də ora gəl. Axşam saat 11-də deputatın oğlunun Şüvəlandakı bağına getdim, amma məni içəri keçməyə qoymadılar. Elnurun dayısı da orada idi. Ona verdiyim pulun 170 min manatını başqa şəxslərdən borc almışdım. Həbib bizi gecə saat 3-ə kimi gözlətdi. Daha sonra qapıya çıxıb Elnuru bizə verməyəcəyini dedi. Bildirdi ki, Elnuru aparacaq Qəbələyə anası onun üzünə tüpürəcək. Ancaq heç bir nəticəsi olmadı. Bu ərəfədə Elnur İbrahimov ölkədən qaçdı. Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Anar Dəmirçiyevə müraciət etdik. Lakin o bizə rədd cavabı verdi. Üstündən bir-iki ay keçdikdən sonra Şahin Məhərrəmov bizim haqqımızda Xətai Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdi. Həmin şəxsdən Elnura vermək üçün 70 min manat borc almışdıq. Bu günə kimi banklardan kredit götürüb onun pulunu qaytarmışam. Şikayətin üstündən iki gün keçməmiş faktla bağlı barəmizdə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açıldı. Bizdə olan məlumata görə, Elnur hazırda Moskvada gizlənir. Bizə cinayət işi açılanda Elnurun barəsindəki şikayətlərimiz Bakı Şəhər Baş Polis İdarəsinə göndərildi. İş müstəntiq Ramil Məhərrəmovun sərəncamında idi. Bizə açılan cinayət işi də Baş Polis İdarəsinə göndərildi. Uzun müddət araşdırma aparıldı. Buna rəğmən, bizdən başqa heç kim idarəyə çağırılmadı. Elnurun əmisi oğlu Emin, qohumu Ramin adlı şəxs də əslində istintaqa çağırılmalı idi. Çünki Ramin motosikli ilə pulları daşıyırdı. Çox çək-çevirdən sonra Elnur İbrahimovun barəsində cinayət işi açıldı və daxili axtarış elan edildi.

«H.Axundov aldatdığı insanlardan qopardığı pullarla dünyanın bahalı şəhərlərində krallara layiq istirahət edib»

Aldadılan şəxslər qeyd etdi ki, millət vəkilinin oğlu dövlət işində işlədiyi üçün adının külli miqdarda mənimsəmə olayında hallanmasından narahat olub. Fərman Məmmədov: "O dəfələrlə məni polislə qorxudurdu. Elə düşünürdü ki, qorxub pulumu istəməyəcəm. Elmira Axundova sonuncu söhbətdə "sənin oğluma pul verməyin barədə əlində sübut var" deyə bildirdi. Anladım ki, bu adam əlindəki imkanlardan istifadə edərək məni susdurmağa çalışır. Amma mən haqqımı sonuna qədər tələb edəcəm. Ölkəmizin qanunları və vətəndaşların qarantı olan prezidenti var. Biz ölkə başçısına, eyni zamanda hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə arxayınıq".

Qeyd edək ki, Elmira Axundovanın oğlu hələlik adları yazılan şikayətçilərin pulunu qaytarmayıb. O müxtəlif bəhanələr gətirməklə günü-günə satır. Şikayət edən vətəndaşlar isə bu məsələyə görə müflis olublar. Borc yiyələri onların başının üstünü alıb. Apardığımız araşdırmalardan sonra bəlli oldu ki, 30 yaşlı H.Axundov dünyanın bahalı şəhərlərində krallara layiq istirahət edib.///xeber.info

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR
Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR
Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR
Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR
Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR
Deputat oğlunun toruna düşən daha iki nəfər - ŞOK FAKTLAR