BolgeXeber.Com » Ölkə » Saatlıda İlham Quliyevlə Lütvəli Şıxıyevin “bələdiyyə” oyunu

Saatlıda İlham Quliyevlə Lütvəli Şıxıyevin “bələdiyyə” oyunu

23-07-2015, 11:47
Oxunub: 3 755 Saatlıda İlham Quliyevlə Lütvəli Şıxıyevin “bələdiyyə” oyunuİcra başçısının müavini ilə şöbə müdiri Siraqəddin Cabbarova qarşı birləşiblər

Ötən həftə Saatlı rayonunun keçmiş bələdiyyə sədri Füzuli Cəfərov özünün açıqlamaları ilə gündəmə gəldi. Xatırladaq ki, Füzuli Cəfərov 15 gün öncə vəzifəsindən qanunsuz olaraq uzaqlaşdırılıb. Bələdiyyə sədri verdiyi açıqlamada qeyd edib ki, onun yerinə seçilən yeni sədr saxtakarlıqla seçilib. Qeyd edək ki, Füzuli Cəfərov açıqlamasında bildirdi ki, yeni bələdiyyə sədri Saatlı icra hakimiyyətinə 25 min manat rüşvət verərək təyinat alıb. Saatlı rayonunda keçmiş bələdiyyə sədri ilə icra hakimiyyəti arasında baş verən qalmaqalla bağlı araşdırmada ortaya ilginc faktlar çıxıb. İnformasiya qaynağımız iddia edir ki, Füzuli Cəfərovun bələdiyyə sədrliyindən çıxarılması planını rayon icra başçısının birinci müavini İlham Quliyevlə, icra hakimiyyətinin ictimai-siyasi şöbənin müdiri və Yeni Azərbaycan Partiyasının Saatlı rayon şöbəsinin sədri Lütvəli Şıxıyev qurublar. Belə ki, rayondakı bir çox abadlıq quruculuq işləri üçün sahibkarlardan, büdcə idarələri rəhbərlərindən yığılan vəsaitlərə nəzarət edən bu iki məmur Füzuli Cəfərovun onlara maneçilik etdiyini gördükdən sonra onunla vidalaşmaq qərarına gəliblər. Mənbə iddia edir ki, bir vaxtlar sahibkarlardan yığılan vəsaitləri İlham Quliyevin göstərişi ilə Füzuli Cəfərov həyata keçirib. Hətta abadlıq işləri üçün istifadə olunan mal-matreallar mağazalardan Füzuli Cəfərovun adına yazılıb. Ancaq son günlər icra başçısının müavini İlham Quliyevlə şöbə müdiri Lütvəli Şıxıyev sahibkarlardan və büdcə idarələrindən yığdıqları vəsaitləri abadlıq üçün istifadə olunan mal-matrealların pulunu verməkdən boyun qaçırıblar. İcra başçısının müavini yığılan borcu bələdiyyə sədrinin boynuna qoymaq istəyib. İlham Quliyevin bu hərəkəti isə, bələdiyyə sədri Füzuli Cəfərovun narazılığı ilə qarşılanıb və o məsələni rayon icra başçısı Siraqəddin Cabbarov səviyyəsinə çıxardıb.

Mənbə bildirir ki, Saatlıda rayonun idarə edilməsini birinci müavininə tapşıran icra başçısı Füzuli Cəfərovun şikayətinin qulaqardına vurub. Bələdiyyə sədrinin birinci müavin haqqında başçıya şikayət etməsi isə, İlham Quliyevi və şöbə müdiri Lütvəli Şıxıyevi bərk qəzəbləndirib. Bundan sonra icra başçısının müavini və şöbə müdiri Füzuli Cəfərovu sıxmağa ona müxtəlif təzyiqlər etməyə başlayıblar. Hətta Lütvəli Şıxıyev bir neçə rayon sakinindən Füzuli Cəfərovun onlara rüşvətlə torpaq satması adı ilə şikayət ərizəsi alıb. Sonra isə rayon bələdiyyə üzvüləri ilə danışaraq Füzuli Cəfərovun sədrlikdən azad olunması müzkirəyə çıxarılıb və sonda yeni şəxs bələdiyyə sədri seçilib. Xatırladaq ki, yeni seçilən bələdiyyə sədrinin icra başçısının müavini İlham Quliyevlə Lütvəli Şıxıyevin adamı olduğu bildirilir. Yəni yeni sədr məhz biricni müavinlə şöbə müdirinin istəyi ilə sədr olub. Vəzifəsi ilə vidalaşan Füzuli Cəfərov isə bir neçə dəfə icra başçısı Siraqəddin Cabbarova çıxmağa çalışsa da, heç bir nəticə olmayıb. İcra başçısı onun fikirlərini eşitmək istəmədiyini və birinci müavini İlham Quliyevin tərəfini saxladığını açıq aşkar biruzə verib. Bundan sonra isə Füzuli Cəfərov məcburiyyət qarşısında qalaraq tərəfini məsələni ictimailəşdirib.

Mənbə qeyd edir ki, İlham Quliyevlə Lütvəli Şıxıyev Füzuli Cəfərovu susdurmaq üçün onun bələdiyyə sədri postu tutduğu dövrlərin sənədlərinin araşdırlmasını və bəzi saxta işlərin çıxarılaraq prokurorluğa verilməsi göstərişini veriblər. Saatlıdakı mənbəmiz həmçinin qeyd edir ki, ümumiyyətlə rayondakı bütün sistemə başçının müavini İlham Quliyev nəzarət edir. Bu işdə onun əsas ortağı isə Lütvəli Şıxıyevdir. Son aylar Saatlıda əhalinin sosial vəziyyətinin ağırlaşması nəticəsində vətəndaşlar bir neçə dəfə etiraz aksiyası keçirdiblər. Bu aksiyalarda əsas fəallığı isə obyekt və dükan sahibləri ediblər. Çünki icra başçısı Siraqəddin Cabbarov iki aydan bir rayondakı bütün obyektlərdən, ticarət və biznes qurumlarından abdlıq, quruculuq adı altında pul tələb edir. Mənbə iddia edir ki, sahibkarlardan yığılan vəsaiti İlham Quliyevlə Lütvəli Şıxıyev yığdırır. Bu pul yığma kompaniyasında çox vaxt icra başçısının xəbəri olmur.Çünki Siraqəddin Cabbarov ayda cəmi 10-12 gün Saatlıda olur. İcra başçısı həftələrlə işə Bakıdan gəlir gecə düşən kimidə yenidən paytaxta qayıdır. İcra hakimiyyətindəki mənbəmiz bildirir ki, yanvar ayındna bəri rayon cammatı ilə icra başçısının qəbulunda bir dəfə Siraqəddin Cabbarov iştirak etməyib. Başçısının bütün qəbullarını onun əvəzindən İlham Quliyev həyata keçirib. Artıq müavinlə Lütvəli Şıxıyev məclislərdə öz ətraflarına gələcəkdə yeni icra başçısının İlham Quliyev olacağı işarələrini belə vururlar. Mənbə iddia edir ki, narazılıq edən vətədaşlara çox vaxt aksiya keçirtmələri “ağlını” Lütvəli Şıxıyev verir. Onlara “haqqınızı tələb etmək istəyirsinizə etiraz edin ki, rəhbərdə sizi eşitsin” fikirləri ilə doldurur. Bir tərəfdən sakinlərə etiraz etməyi örgədən şöbə müdiri digər tərəfdən etiraz edənlərin həbs edilməsini və cəzalandırılamsını dəfələrlə Siraqəddin Cabarovun qarşısında müzkirəyə çıxardıb. Ancaq icra başçısı heç vaxt vətəndaşla qarşıdurmaya getməyərək narazılıq edənlərin problemlərinin həll edilməsini varinatını seçir.

Mənbə iddia edir ki, bələdiyyə sədri Füzuli Cəfərovun vurulma planını quran İlham Quliyevlə Lütvəli Şıxıyev əslində əsas hədəfləri icra başçısı olub.Çünki bələdiyyə sədrinin rüşvət vermə faktını ortaya atması və ictimailəşdirməsi bəzi dairələrdə Siraqəddin Cababrovu nüfuzunu azaltdı. aşağı saldı. Hətta bu məsələnin bir azda qabardılması və əlavə informasiyaların mətbuata ötürlməsi işinidə Lütvəli Şıxıyevin əlinin olduğu iddi olunur. Görünür yaxın günlərdə Saatlıda icra başçısı Siraqəddin Cabbarovla müavini və şöbə müdiri arasında açıq aşkar problemin ortaya çıxacağını görəcəyik.Qeyd edək ki, başçı müavini İlham Quliyevlə və şöbə müdiri Lütvəli Şıxıyevin Muğan parkındakı abadlıq quruculuq işlərindəki maliyyə maxinasiyaları və rayondakı digər qaranlıq işləri ilə bağlı yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.