Nazir general oğlunu həbs etdirdi
28-07-2015, 11:04
Oxunub: 4 677
Polisin üzərinə maşın sürən gənci Kürdəxanıya göndəriblər
Hüquq-mühafizə orqanlarında çalışan, general rütbəli şəxslərdən birinin oğlu idarə etdiyi “Lexus” markalı avtomobili polis əməkdaşının üstünə sürüb.
Bolgexeber.com xəbər verir ki, bu sensasiyalı məlumatı «Azadlıq» qəzeti yayıb.
Həmin məlumata görə, hadisə 2 gün əvvəl Yasamal rayonunda, “Təzə Pir” məscdinin ətrafında baş verib. Məlumatda bildirilir ki, dövlət tədbirilə əlaqədar polislər o ətrafda yolları bağlayıbmış. Həmin vaxt oradan keçən general oğlunun da avtomobili də saxlanılıb. Lakin o, polislərin dediklərinə əhəmiyyət verməyərək maşını işə salıb və asayiş keşikçilərindən birinin üzərinə sürüb.
Bununla da ürəyi soyumayan general oğlu maşından düşərək həmin polis əməkdaşına hücum çəkib. Digər polislər yoldaşlarını general oğlunun əlindən almaq üçün davaya müdaxilə ediblər.
Qəzet yazır ki, üzərinə maşın sürülən polis əməkdaşı ağır xəsarət alıb. Onun hazırda xəstəxanaların birində müalicə olunduğu bildirilir.
Məlumatda o da qeyd edilir ki, hadisə yerinə ərazi üzrə polis idarəsinin rəhbərliyi də gəlib. Məhz bu zaman aydın olub ki, hadisəni törədən general oğludur. Baş verənlər barədə daxili işlər naziri Ramil Usubova məruzə edilib. Nazirin hadisəyə reaksiyası sərt olub və o, general oğlunun həbs olunması barədə göstəriş verib. General oğlu polis idarəsinə, oradan isə məhkəməyə aparılıb. Barəsində həbs-qətimkan tədbiri seçilən general oğlu gecə ilə Kürdəxanı təcridxanasına göndərilib.
«Azadlıq» bildirir ki, həmin generalın kimliyi və konkret harada işləməsi onlara məlumdur. Sadəcə bəzi dəqiqləşdirmələr apardıqlarından, ad açıqlamırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər