BolgeXeber.Com » Ölkə » EFLA Xaricdə Təhsil Mərkəzi abituriyentləri necə aldadır?

EFLA Xaricdə Təhsil Mərkəzi abituriyentləri necə aldadır?

28-07-2015, 12:56
Oxunub: 5 391 EFLA Xaricdə Təhsil Mərkəzi abituriyentləri necə aldadır?Xarici universitetlərə hansısa yollarla düzəldilən tələbələrin aldığı diplomlar ölkəmizdə tanınmır

Son zamanlar ölkədə xarici ölkələrə tələbə göndərən təhsil mərkəzlərinin sayı çoxalıb. Bunlardan biri də EFLA Xaricdə Təhsil Mərkəzidir. Bu mərkəz Ukrayna, Rusiya və Türkiyə ali məktəblərində təhsil imkanı yaradır. Bu mərkəz tələbə olmaq istəyən şəxslərin hamısına bildirir ki, onların əməkdaşlıq etdikləri universitetlərin diplomları Avropa Birliyi ölkələrinin çoxunda tanınır.

Hətta tələbə adını qazanmaq istəyənlərə xaricdə keyfiyyətli təhsil vəd edirlər. Lakin əldə etdiyimiz məlumatlara görə, bütün bunlar EFLA Xaricdə Təhsil Mərkəzinin tələbə cəlb etmək məqsədindən irəli gəlir. Mərkəzin xəttiylə xaricdə təhsil alan tələbələrin sözlərinə görə, xaricdə təhsil aldıqları ali məktəblərdə keyfiyyətli təhsildən söz belə gedə bilməz. Mərkəzin əməkdaşlıq etdiyi istər Ukrayna, istər Rusiya, istərsə də Türkiyə universitetlərində güclü maddi-texniki bazadan söz belə gedə bilməz. Halbuki keyfiyyətli təhsil, eləcə də də yüksək texniki bazayla təmin olunan universitetlərdə təhsil vəd edirlər. Mənbə bildirir ki, universitetlərin qəbul müsabiqələrində yüksək nəticə əldə etmiş abituriyentlərə dövlət büdcəsi hesabına təhsil almaq imkanın olduğunu desələr də, xaricdəki ali məktəblərə qəbul attestatla həyata keçirilir. Yəni imtahan olmur.

Mənbə bildirir ki, mərkəz əvvəlcədən bildirir ki, tələbə təhsil aldığı müdddətdə onun təhlükəsizlik və təhsil məsələləri, eləcə də şəxsi problemlərinin həllinə nəzarət ediləcək, lakin bu vədlər vəd olaraq qalır. Ondan sonra tələbəylə maraqlanan da olmur. Mərkəz pulu alana qədər tələbənin dalınca düşür. Ondan sonra artıq tələbə necə yaşayır, nə edir, heç nəylə maraqlanan olmur.

Qeyd edək ki, azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirakını təmin etmək məqsədilə prezident tərəfindən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" qəbul olunub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" isə istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət edir.

Dövlət Proqramına sənəd vermiş namizədlərin ilkin seçimi üçün Təhsil Nazirliyində təşkil edilən müsahibəni aparacaq komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibində Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi (tibb ixtisası istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF), (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri də təmsil olunurlar. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır.

Bunu nəzərə alan Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmədiyini və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımadığını açıqlayıb. Təhsil Nazirliyi ilə heç bir əlaqəsi olmayan bəzi şirkətlər imtahansız-filansız, daha dəqiq desək təkcə attestatla tələbələrin xaricdə təhsil almasını həyata keçirirlər.

Bundan başqa bu cür mərkəzlərin xəttiylə xaricdə təhsil alan tələbələrin diplomları ölkəmizdə tanınmır.

Qeyd edək ki, Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplom almasıdır. Əgər bu şərtlər ödənilibsə, nazirliyin diplomu tanımamağa əsası yoxdur.

Bu iki şərt ödənmirsə, xarici ölkələrin diplomları Azərbaycanda tanınmır. İmtahansız aparılan qəbullar nəticəsində əcnəbi universitetlərə hansısa yollarla düzəldilən tələbələrin aldığı diplomlar da bu qisimdəndir.

Yəni qanun çərçivəsindən kənar tələbə olanların diplomları birmənalı şəkildə tanınmayacaq. Ona görə də valideynlər diqqətli olmalı, belə kampaniyalara aldanmamalıdır.
gundelik-baku.com