BolgeXeber.Com » Ölkə » Kvas çəlləklərinə doğrudan da qurbağa atırlarmı? - REPORTAJ, FOTOLAR
Kvas çəlləklərinə doğrudan da qurbağa atırlarmı? - REPORTAJ, FOTOLAR
28-07-2015, 19:32
Oxunub: 12 971
"Zavoddan alıb gətiririk. İçərisini görmürük"
Yay fəsilində ən çox tələbatın artdığı sərinləşdirici içkilərdən biri də kvasdır. Kvas hələ sovet dövründən bəri ən ləzzətli içkilərdən sayılıb. Bu, Rusiya, Belarus, Ukrayna, Litva və Şərqi Avropa ölkələrində ən populyar içki hesab olunur.
Kvasın tərkibində spirt faizi az olduğu üçün alkoqolsuz içkilər sırasına daxil edilir. Kvasın rəngi onun hazırlandığı çörəkdən asılıdır.
Son zamanlar Azərbaycanda kvas satışı azalıb. Əvvəllər addımbaşı kvas çəlləklərinə rast gəlinsə də, indi kvas tapmaq çətinləşib. Əhalini ən çox narahat edən məqamlardan biri də kvasın içərisinə satıcılar tərəfindən qurbağa atılmasıdır. İddia olunur ki, çəlləyə atılan qurbağa kvası sərin saxlayır.
Bu məsələni aydınlaşdırmaq üçün “8-ci kilometr” bazarına üz tuturuq. Bu bazarda yalnız bir məkanda kvasın satıldığını öyrəndik. "Kvas var, kvas..." deyə səslənən müştəriləri bu şəkildə cəlb edən satıcı diqqətimiz çəkir. Aydın adlı satıcı ilə həmsöhbət oluruq.
Satıcı deyir ki, kvasın bir stəkanını 20 qəpiyə təklif edir: "Alıcılıq o qədərdə çox olmur, amma buna da min şükür".
Bir stəkan kvas alırıq. Kvas çəlləyinin içərisində qurbağa olub-olmadığını soruşuruq. Satıcı gülür və deyir ki, ilk dəfə içənlər həmişə bu sualı verirlər. Lakin kvasın içərisində qurbağanın olması yalandır. Kvasın hazırlanmasına gəldikdə isə satıcı deyir ki, bu içki qara çörəkdən hazırlanır: "Zavoddan alıb gətiririk. İçərisini görmürük".
Müştərilərin bir neçəsi ilə həmsöhbət oluruq. Akif adlı şəxs deyir ki, əvvəlki kvaslardan heç bir əlamət qalmıyıb. İndikilərin çoxu "paraşok"la hazırlayır. Dadı və keyfiyyəti yoxdur.
Bazar satıcılarından Qalib adlı şəxs həmişə buradan kvas aldığını deyir. Onun fikrincə, bu kvas mağazada satılan kvaslardan daha keyfiyyətlidir. Kvasın içərisinə qurbağa atılmasının həqiqət olduğunu deyən həmsöhbətim bunun şahidi olduğunu iddia edir.
Məsələ ilə bağlı Azad İstehlakçılar birkliyinin sədri Eyyub Hüseynov bildirdi ki, kvasların içərisinə qurbağa atılması yalandır: "Kvas qıcqırdılmış xəmirdən hazırlanır və içərisinə qıcqırdıcı maddələr əlavə edilir. Belə bir rəy var ki, kvası sərin saxlamaq üçün içərisinə qurbağa atılır. Bu fikir tamamilə yalnışdır. Lakin əhalinindən kvas çəlləklərinin natəmiz saxlanılması, içərisində qurdların olması ilə bağlı dəfələrlə çoxsaylı şikayətlər daxil olub".
Çəlləklərin içərisi görünmədiyi üçün xəmirdən hazırlanmış məhsulun tərkibində qurdların əmələ gəlmə ehtimalı böyükdür. Ona görə də, kvas çəlləkləri vaxtaşırı yuyulmalıdır. Vaxtlı-vaxtında yenilənməlidir. Bu baxımdan, əhali kvas alarkən diqqətli olmalıdır. Hazırda o çəlləklər yoxdur, butulkalarda satılır. Əhalinin şüşə qablara üstünlük verməsi məqsədə daha uyğundur.
Ekspertin sözlərinə görə, qanun çəlləkdə kvas satışını qadağan etmir: "Lakin istehlakçılar məhsulun keyfiyyətini, təmizliyini yoxlaya, təmizlik kağızını tələb edə bilərlər. Satıcılar isə bütün bu çatışmazlıqlara görə məsuliyyət daşıyırlar. Kvası sərin saxlamaq üçün çəlləklərə qurbağa atılması fikiri sovet dövründən qalıb. O dönəmdən kvasın içərisinə qurbağa qoyulması fikiri istehlakçıların ağıllarında özünə yer edib. Lakin bu, heç bir məntiqə uyğun deyil. Qurbağanın suyu buz kimi saxlaması yanlış fikirdir. Praktikada belə bir şey yoxdur".
musavat.com














Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər