BolgeXeber.Com » Ölkə » 700 bal toplayanlarla bağlı sensasiyon iddia

700 bal toplayanlarla bağlı sensasiyon iddia

29-07-2015, 15:40
Oxunub: 3 322 700 bal toplayanlarla bağlı sensasiyon iddiaSosial şəbəkə üzvləri hesab edir ki, həmin şagirdlərin repetitorları qəbul imtahanlarına test suallarını hazırlayan müəllimlər olub

Bu il Azərbaycanda keçirilən qəbul imtahanlarında 15 abituriyent maksimum nəticə göstərərək 700 bal toplayıb. Son 6 ilin statistikasına nəzər salanda, bu, ölkəmizdə ən yüksək göstəricidir.

İmtahan nəticələri elan olunduqdan sonra ilginc məlumatlar gəzib-dolaşır. Belə ki, sosial şəbəkələrdə aparılan ciddi müzakirələrdə bir çoxları iddia edir ki, 700 bal toplamaqla rekorda imza atan abituriyentlərin qazandığı uğurda şübhəli məqamlar var.


Buna səbəb kimi 700 bal toplayan 7 abituriyentin eyni repetitor yanına getməsi göstərilir. Sosial şəbəkə üzvləri hesab edir ki, həmin şagirdlərin repetitorları qəbul imtahanlarına test suallarını hazırlayan müəllimlər olub. Bundan istifadə edən şagirdlər test suallarının cavablarını müəllimlərdən satın alıblar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cəmiyyətdə ciddi rezonans doğuracaq bu iddialara aydınlıq gətirib.

Komissiyadan AzVision.az-a bildirilib ki, bu, tamamilə cəfəngiyyat və həqiqətə uyğun olmayan iddiadır.

“Gedin, o uşaqların məktəbinə, evinə araşdırın. Bunlar çox ucuz və mənasız söhbətlərdir. İmtahanlar tam şəffaf keçirilib. Ümumiyyətlə imtahan suallarının kiminsə qabaqcadan bilməsi mümkünsüzdür”-deyə bildirilər.

Qeyd edək ki, son 6 ilin statistikasına görə, 2014-cü ildə 9 nəfər 700 bal toplayıb. 2013-cü ildə rekord nəticə göstərən abituriyentlərin sayı azalıb. Belə ki, həmin tədris ilində yalnız 6 nəfər 700 bal toplayıb. 2012-ci ildə rekord nəticə göstərənlərin sayı 5 olub. 2011-ci ildə isə TQDK-nın suallarının hamısına yalnız 4 nəfərə cavab verə bilib. 2010-cu ildə isə 7 nəfər rekord nəticə göstərib.
Bolgexeber.com