BolgeXeber.Com » Ölkə » Sumqayıtda hamı və hər şey başçıya işləyir... - Məhkəmələr isə onun dəftərxanasıdır...

Sumqayıtda hamı və hər şey başçıya işləyir... - Məhkəmələr isə onun dəftərxanasıdır...

31-07-2015, 17:07
Oxunub: 2 980 Sumqayıtda hamı və hər şey başçıya işləyir... - Məhkəmələr isə onun dəftərxanasıdır...“Sənə məsləhət görmürük, İcra Hakimiyyətinə qarşı gedəsən”

Uzun müddətdir ki, icra başçısının haqsız hücumlarının hədəfinə çevrilən Sumqayıt sakini Anar Süleymanov yenidan müraciət ünvanlayıb. Bu dəfə "qəhrəmanımızın" başına yeni işlər açılıb ki, o da hamısı barədə ictimaiyyəti məlumatlandırır.

Sumqayıt sakininin müraciətini olduğu kimi təqdim edirik:
"Salam hörmətli redaksiya! Sizə Sumqayıt şəhərində ağacların qanunsuz kəsilməsi barədə və buna qarşı mübarizə apardığım haqda hərdən yazıram. Cox saq olun ki bu ekoloji problemə lageyid qalmırsınız. Bu dəfə mən Sumqayıt şəhər İcra Hakimiyyətinin sifarişi ilə mənə qarşı təşkil olunmuş qondarma məhkəmədən verdiyim şikayət əsasında baş tutan məhkəmənin necə keçdiyi barədə sizə məlumat vermək istəyirəm....

Bu gün, yəni iyul ayının 30-da Sumqayıt şəhər Prokurororluğunun böyük köməkçisi vəzifəsində çalışan Sərxan Bəxtiyarovun təqdimatı ilə may ayının 15-də mənə qarşı olan absurd məhkəmənin Apellyasiya məhkəməsinə verdiyim şikəyatə baxılıb. Xatırladım ki, bu qondarma məhkəmə məni Psixi-Ekspertizaya yerləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi ilə olan məhkəmədir. Mənim iddiam o olmuşdur ki, Sərxan Bəxtiyarovun təqdimatı ilə olan məhkəmənin qərarı qanunsuz hesab edilərək ləğv olunsun. Təbii ki, ləğv olunmadı...Kim buna şubhə edirdi ki..?:)) Məhkəmə iclasında olan hakim kollegiyasina bütün o qanunsuz məhkəmənin prossesual qaydalarının pozuntusu haqda, hətda bəzi məmurların mənə qarşı cinayət tipli hərəkətləri haqda ətraflı məruzə etdim.. Hakim kollegiyası mənnən razılaşdılar, hətda sohbətdə o məhkəməni qanunsuz və qondarma olduğunu təstiqlədilər... Amma öz kreslolarını vicdanlarından və keşiyində dayanmalı olduqları qanundan üstün tutdular... ..” Bir hakim məni ümumiyyətlə öz mülahizələri ilə lap şoka saldı... Mənə üz tutub dedi ki, “ yaxşı, deyirsən ki,Sumqayıt şəhər İcra Hakimiyyəti səni işdən çıxartmaq istədi alınmadı, Psixi Ekspertizaya uzun müddətə saldırmaq istədi, alınmadı... Sən kimsən ki, sənə qarşı o gədər strukturlar, qurumlar birləşib heçnə edə bilmirlər...? ” Bu Allahsizlara dedim ki, yadınızdan çıxartmayın ki, hər şeydən üstün Allahdır və O həmişə bizim başımızın üstündədir...
Sumqayıtda hamı və hər şey başçıya işləyir... - Məhkəmələr isə onun dəftərxanasıdır...

Məhkəmənin qərarını oxuduqdan sonra hakimlər hətda məni bu işdən çəkindirmək və qorxutmaq istədilər... Dedilər ki : “Sənə məsləhət görmürük, İcra Hakimiyyətinə qarşı gedəsən”,”Onlarnan konfliktə getmə, yoxsa sənə daha böyük təzyiqlər edəcəklər.. .Görün bu sözləri kim deyir !? Vətandaşların hüquqları keşiyində daima durmaq üçün yaradılan Ədalətli Məhkəmənin hakimləri... Əfsuslar....Əfsuslar olsun ki, Sumqayıtda olan bir cox hakimlər qorxaq, öz vicdanlarını satan, nəfslərinin qulu olan, Allahdan qorxmayan hakimlər var...Bu təbii ki, təkçə Sumqayıt məhkəməsinə aid deyil, bir cox dövlət strukturlarına da aiddir... Bu həm də, Sumqayıt şəhər Prokurorluğuna, şəhər Polis İdarəsinə, 4 saylı Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin bir cox işçilərinə də aiddir..

Hamı nədənsə bir birindən qorxur, çəkinir...Bir birinin tərəfini saxlamaqnan məşquldurlar,... Bütün bunlardan mən bir qənaətə gəldim ki, həmin yuxarıda geyd etdiyim məmurlar, Dövlətimizə, xalqımıza, bizim düşmənlərimiz olan ermənlərdən də böyük ziyan verirlər...

O ki qaldı bu məhkəməyə, bu iş cinayət prossesual qaydasında keçdiyi üçün( axı mən şəhərdə yaşıllıqların məhvinə qarşı çıxmaqla böyük cinayət eləmişəm ) Ali məhkəməyə verilə bilməz. Bir başa Avropa Məhkəməsinə verilə bilər. Əvvəldən söz verdiyim kimi bütün məhkəmə işlərini Avropa Məhkəməsinə kimi çatdıracam. Ümumiyyətlə mən cəmi 5 məhkəmə işi qaldırmışam. Bunlar hamısı bir- biri ilə bağlı işlərdi. Bu iş artıq Avropa Məhkəməsinə qedir. Ardı var"...

Qarşı tərəfi də dinləməyə hazırıq...
Dia.az