BolgeXeber.Com » Ölkə » Nabranda 60 min butulkadan tikilən qeyri-adi ev- Bir sutkası 60 manat(FOTO)

Nabranda 60 min butulkadan tikilən qeyri-adi ev- Bir sutkası 60 manat(FOTO)

1-08-2015, 20:40
Oxunub: 4 013 Nabranda 60 min butulkadan tikilən qeyri-adi ev- Bir sutkası 60 manat(FOTO)Bura hətta xarici turistlər də maraq göstərirİnsan təxəyyülünün sonu bilinmir. Bəzi insanların adi əşyalara fərqli yanaşması maraqlı nəticələrə gətirib çıxarır. Məsələn, məişət tullantılarından hazırlanan maraqlı əşyalar və ya Nabranda yerləşən şüşə butulkadan tikilən ev kimi.

RTV xəbər verir ki, qeyri-adi evin inşasında yalnız rəngli butulkalardan istifadə edilib. Evin sahibi Baləhməd Xanbabayev deyir ki, butulkadan ev tikmək olduqca çətindir. Burada zərgər dəqiqliyi ilə işləmək lazımdır. Unikal evin tikilməsi ideyasına gəlincə isə...

Şüşə butulkalardan tikilən ev turistlərin də diqqətini cəlb edir. Bura hətta xarici turistlər də maraq göstərir. Şüşə evdə yaşamaq istəyənlər hər sutka üçün 60 manat xərcləməlidirlər. Bura gələn qonaqların sözlərinə görə, belə evdə yaşamaq zövqü bu məbləğə dəyər. Uğurundan həvəslənən usta isə daha bir yenilik etmək istəyir.

Baləhməd Xanbabayev gəncləri də belə şeylərə maraq göstərməyə çağırır. O deyir ki, bununla onlar həm də ətraf mühitin təmizlənməsinə kömək edəcəklər.
Bolgexeber.com