BolgeXeber.Com » Ölkə » Qəbələdə gəlmə işçilərə yerli işçilərdən daha çox maaş verirlər - NARAZILIQ VAR...

Qəbələdə gəlmə işçilərə yerli işçilərdən daha çox maaş verirlər - NARAZILIQ VAR...

4-08-2015, 15:18
Oxunub: 4 760 Qəbələdə gəlmə işçilərə yerli işçilərdən daha çox maaş verirlər - NARAZILIQ VAR...“İlk İnşaat” şirkətinin inşaa etdiyi “Gabala Spa and Channot Hotel” kompleksində Türkiyəli işçilərlə Azərbaycanlı işçilər arasında ciddi qarşıdurma baş vermişdi

Qəbələdə tikinti işləri həyata keçirdən "İlk İnşaat" şirkətində Azərbaycanlı fəhlələrlə Türkiyəli fəhlələr arasında olan davadan sizləri məlum atlandırmışdıq. Qəbələdən gələn məlumatlarda bu şirkətdə baş verən qanun pozuntuları haqdada da yazmışdıq.
Bu gün Qəbələdə tikinti işləri aparan "İlk İnşaat" şirkətində baş verən hadisələrlə bağlı daha bir yazılı məlumat almışıq. Onu sizlərin nəzərinə çatdırmaq istəyirik.
29 iyulda “İlk İnşaat” şirkətinin inşaa etdiyi “Gabala Spa and Channot Hotel” kompleksində Türkiyəli işçilərlə Azərbaycanlı işçilər arasında ciddi qarşıdurma baş vermişdi.Biz hadisəni daha dərindən araşdıraraq aşağıdakı bilgiləri əldə etdik. Şirkət tikintidə gərəksiz yerə və Azərbaycan Əmək Qanunlarına tam zidd olaraq çoxlu xarici ölkə vətəndaşları çalışdırmaqdadır. Məsələn, ayaqaltı qurulması üçün Qəbələdə bu işi bacar kifayət qədər işçi olmasına rəğmən Pakistandan 3 işçi gətirilib.Daha bir Pakistanlı titrəşimli vərdənə sürür . Sahədə 60-70 nəfər Özbəkistanlı işçi çalışdırılır,hansıları ki, yerli işçilər çox asanlıqla onları əvəz edə bilərdilər. Eyniylə Türkiyədən də adi işlərin icrası üçün işçilər gətirilir. Xaricilər yataqcaq yerlə də təmin ediliblər. Yerli işçilərin isə az bir qismi yataqxanada yerlə təmin edilib. Türkiyəli adi izolyasiya montaj edən işçilər yerli mühəndisdən 3 dəfə artıq əmək haqqı alırlar -650 manata qarşı 1900-2100 manat. Hadisədən bir-iki gün əvvəl yataqxanada qalan yerliləri oradan çıxarmaq istəyiblər,bu da əsəbləri gərib.Üstəlik ayda cəmi iki gün istirahət verildiyi halda iş saatı səhər saat 08-00 dan axşam saat 19-00 kimidir. İşçiləri işə aparıb gətirmək üçün avtobus ayrılmayıb. İşçilər işdən sonra saatlarla yollarda qalır.Qısacası burada çalışan insanlar evdə az qala ailə-uşaqlarının üzünü görmürlər . Bütün bu ayrı-seçkiliklər,amansız istismarlar Azərbaycanlı işçilərdə ümumən Türkiyəlilərə qarşı dərin nifrət hissi yaradır.Doğrudur proje müdiri Heyati Girginer Azərbaycanlılara daha az əmək haqqı verilməsinin Azərbaycan hökumətinin göstərişi olmasını söyləmişdir,amma bu işçilərin qəzəbini soyutmur. Belə bir gərgin mühitdə hər an hadisə baş verməsi əslində adi haldır.
Davada iştirak edənlərin öz dediklərindən belə anlaşılır ki, izolyasiya işində çalışan Türkiyəli işçilər Azərbaycanlı işçinin birini əvvəl söymüş,sonra da döymüşlər (7 nəfər bir nəfərə qarşı) . hadisə barədə proje personal müdirliyinə bildirilmiş,o da həmin işçilərin işdən qovulacağın demişdir.Aradan bir-iki saat keçdikdən sonra kimsə demiş ki, onları burada gizlədirlər.Və demək olar bütün Azərbaycanlı işçilər Türkiyəlilərin gizləndiyi dəmir konteynerə hücum etmiş,onu dəmirlərlə əzmişlər və xarab etmişlər. İşçiləri tanıkların deməsinə görə əslən erməni olan personal şefi ,Gursel Albayraq sakitləşdirmişdir-işçilər ona qarşı yaxşı münasibət bəsləyirlər. Sonra sahəyə 24 nəfərlik polis dəstəsi gəlmişdir.İnsidentdə olan işçilərin bir qismi dindirilmişdir. Daha sonra sahədə 4-5 günlük tətil elan edilmişdir.Bu gün sahə kameralarla donatılmışdır,sabahdan işlərə davam ediləcəkdir.
Məcburi tətildən istifadə edən şirkət rəhbərliyi təxminən iki aydır qaçaq çalışdırdığı (50 nəfərə yaxın işçi) işçiləri təcili rəsmi işə almışdır.Bu zaman onlara oxumaq imkanı olmadan bir çox kağıza qol çəkdirmişlər. Bu işçilər tikintidə üzlük “qaya daşı “ montaj edən işçilərdir. Onlara Qəbələ Gömrük postu rəisi V.Qismətovun qardaşı ,FHN işçisi Cəlil Qismətov və onun qayını Anar Şahverdiyev rəhbərlik edir.Onu da qeyd edək ki, Anarın tikinti üzrə heç bir təhsili yoxdur.
Marqalıdır ki, “İlk İnşaat”ın proje müdiri Heyati Girginer baş vermiş hadisələrdən nəinki təsirlənməmiş, əksinə şirkətin əski işçisi , Oğuz rayon sakini , Elsevər Seyidə zəng vuraraq ona təhdidlər yağdırmış,nalayiq sözlər demişdir. “ Yığ bütün faşistlərinizi ,gəlin Qəbələyə ,görün sizə nələr yapıram “ ,- deyən Heyati Girginer görünür Azərbaycanda hər şeyin rüşvətlə həll olunmasından çox əmindir. Onda bu arxayınlığı yaradanlardan biri də əlbəttə, rüşvəti həyat tərzi seçmiş,Heyati ilə sıxı alver qurmuş Qəbələ Gömrük Postu rəisi Vüqar Qismətovdur.Elsevər Seyidin atası Firqət Seyidov tərəfindən ünvanımıza daxil olmuş məktubda bildirilir ki, onlar “İlk İnşaat” Şirkətinin Qəbələdəki proje müdiri Heyati Girginer barədə Qəbələ rayon Polis Şöbəsinə,Qəbələ rayon Prokurorluğuna və MTN Qəbələ rayon şöbəsinə şikayətlə müraciət etmişlər.
Bu günlərdə Qəbələdəki obyektdə “İlk İnşaat”ın sahibi Arif Yeşiltəpə də olmuşdur.Amma onun hansı tədbirlər gördüyü yaxın günlərdə məlum olacaq. Əgər Heyati kimi biri orada çalışmaqda davam edəcəksə daha böyük hadisələrin olması qaçınılmazdır.
Ş.C.

P.S. Bütün bu şikayətlərlə bağlı adları çəkilən İlk İnşaat şirkətinin personal müdürü Gürsel Albayraqla əlaqə saxladıq. Telefonu qaldıran Gürsel bəy mətbuatdan olduğumuzu eşidən kimi bizim heç bir suallarımızı cavablandırmayacağını deyərək, telefonu üzümüzə qapatdı.
Sonra biz “qaya daşı “ montaj edən işçilərin rəhbəri olan Arif Şahverdiyevə zəng etdik. Arif bəy həqiqətəndə fəhlələr arasında xırda bir münaqişə olduğunu dedi. Lakin bizim -"Nəyə görə fəhlələri müqaviləsiz işlədirsiniz?" sualına. O əvvəl işə təzə başladıqlarını, sonra isə yazımızın artıq 1 aydan çox getdiyini onun nəzərinə çatdırdıqda isə həqiqətən o vaxtdan işlədiklərini dedi. Lakin nədən ancaq indi fəhlələrlə müqaviləbağladıqlarını bizə başa salmadı.
Anar müəllim dəfələrlə İlk İnşaat şirkətinə onun heç bir dəxli olmadığını təkrarladı.(Teref.info)
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq.