BolgeXeber.Com » Ölkə » Bu istilərdə işlər dayandırılmalıdır - Amma kim bu göstərişə əməl edir ??

Bu istilərdə işlər dayandırılmalıdır - Amma kim bu göstərişə əməl edir ??

5-08-2015, 10:21
Oxunub: 3 560 Bu istilərdə işlər dayandırılmalıdır - Amma kim bu göstərişə əməl edir ??“Cəhənnəmə ki, gün vurur. Bəs, işssiz qalsaq nə edərik. Yaxşı ki, iş var, kasıblar evlərinə bir tikə çörək pulu aparır. Ac qalmaqdansa, qoy başımıza gün vursun”

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə götürənlərə müraciət edərək bildirib ki, Əmək Məcəlləsinə əsasən, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.

AzVision.az bununla bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, heç də bütün tikinti şirkətləri qanunvericiliyin tələblərinə əməl etmir.

Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 221a məntəqəsində yeni binanın tikintisi ilə məşğul olan şirkət 43 dərəcə tempuraturda fəhlələri işləməyə məcbur edir.
Bu istilərdə işlər dayandırılmalıdır - Amma kim bu göstərişə əməl edir ??

Bu istilərdə işlər dayandırılmalıdır - Amma kim bu göstərişə əməl edir ??
Bununla bağlı tikintiyə yaxınlaşıb fəhlələrlə söhbət etdik. İşlərini itirmək istəməyən fəhlələr həqiqətə uyğun olmayan fikirlər söylədilər.

Kimi bildirdi ki, işçilər artıq işi dayandırıb, saat 1-dən evə gedib. Kimi isə dedi ki, məcburuq, işsiz qalmaqdansa, istidə işləmək yaxşıdır.

“Cəhənnəmə ki, gün vurur. Bəs, işssiz qalsaq nə edərik. Yaxşı ki, iş var, kasıblar evlərinə bir tikə çörək pulu aparır. Ac qalmaqdansa, qoy başımıza gün vursun”.
Bu istilərdə işlər dayandırılmalıdır - Amma kim bu göstərişə əməl edir ??
Söhbəti saga -sola fırladıb, diqqətimizi yayındırmağa çalışan fəhlələr işləmirik desələr də iş davam edirdi.

Binanın axırıncı mərtəbəsində nəfəs kəsən gün altında iş davam edirdi.

Hətta müdriyyəti təmsil edən şəxslərdən biri tikintiyə jurnalistin gəldiyini görən kimi fəhlələrə: “Gedin, kondisioner altında oturun, su için. İşləməyin, dincəlin”-deyərək bizə yaxınlaşır.
Bu istilərdə işlər dayandırılmalıdır - Amma kim bu göstərişə əməl edir ??

“Bu xanım qızı niyə gün altında saxlamısınız. İnanın ki, işçinin qədrini bizim kimi bilən olmaz. Elə ki, 32 dərəcədən artıq isti olur, onları evə buraxırıq və ya kölgədə işlədirik. Bəs biz onları qorumasaq bizim binaları kim tikər? Biz tam qanunlara əməl edirik. Fəhlələrimizi qoruyuruq, onlar bizə lazımdır”.

“Axı, bu istidə hələ də fəhlələr üst mərtəbədə kəskin günəş altında işləyirlər”-deyə iradlarımızı bildirsək də, cavab gözlənilən idi: “Onu sizə kim deyir? Yalan söhbətdir, İstəyirsiniz, gəlin özünüz də yuxarı çıxın, görəcəksiniz ki, orada heç kim yoxdur. Saat 11-ə kimi işləyiblər, indi isə dincəlirlər”.

Bu istilərdə işlər dayandırılmalıdır - Amma kim bu göstərişə əməl edir ??

Fakt isə faktlığında qalırdı, istidən güclə nəfəs alan fəhlələr iş başında idilər və hər vəcdlə çalışırdılar ki, bunu gizlətsinlər.
Bolgexeber.com