BolgeXeber.Com » Ölkə » "Neftqaztikinti" trestinin rəisi Mirkazım Abbasovu niyə "Rokfeller"adlandırırlar?

"Neftqaztikinti" trestinin rəisi Mirkazım Abbasovu niyə "Rokfeller"adlandırırlar?

5-08-2015, 16:30
Oxunub: 1 978 "Neftqaztikinti" trestinin rəisi Mirkazım Abbasovu niyə "Rokfeller"adlandırırlar?Təəccüblü görünən odur ki, Mirkazım müəllimdən şikayətçi düşən fəhlələr onun fəhlə yeməkxanasında işçilərilə birlikdə nahar etməməsindən, neftçi kazarmalarının yolunu belə az qala tanımamasından gileylənir

ARDNŞ prezidenti Rövnəq Abdullayevinmüvafiq əmri ilə "Azərdənizneftinşaat" və "Xəzərdənizneftqaztikinti" trestlərinin bazasında yeni "Neftqaztikinti" tresti yaradılanda əsas məqsəd dənizdə və quruda neft-qaz mədənlərinin abadlaşdırılması və neft-qaz hasilatının artmasına zəmin yaradan mühüm obyektlərin tikilib istifadəyə verilməsi olub. Trestin fəaliyyət sahəsi neft-qaz hasilatının normal fəaliyyətini təmin edən geniş spektri əhatə edir.

Neft-qaz yataqlarının abadlaşdırılması ilə yanaşı bura sualtı, yeraltı və yerüstü magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi kimi müasir neft-qaz infrastrukturunu formalaşdırmağa xidmət edən mühüm elementlər daxildir. "Neftqaztikinti" tersti neft hasilatı ilə bağlı bütün regionlarda,"Günəşli", "Neft Daşları", Səngəçal-Duvannı yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda hər növ podratçı xidməti göstərir. Trestin tərkibinə daxil olan 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi neft sektorunun normal fəaliyyətinin təmin olunmasında əvəzsiz rol oynayır. Odur ki, bir-biri ilə sıx əlaqəli bu qurumların hər biri üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün can-dildən işləməsə, qarşıya qoyulan məqsədlərə nail olmaq mükmünsüz görünəcək. Göründüyü kimi, "Neftqaztikinti" trestinin rəisi Mirkazım Abbasov geniş səlahiyyətlərə malik bir adamdır. Bakıdan vurub Tbilisidən çıxmaq,ordan da Dubaya atüstü baş çəkmək, Abu-Dabidə qış aylarında özünü günə vermək trest rəisi üçün "patron" tumları çırtlamaq qədər sadə və asan bir məsələdir. Trest rəisinin kurasiyasına aid olan idarələrin siyahısından görmək olar ki, ona həqiqətən də fövqəladə səlahiyyətlər verilib. Bu səlahiyyətlərindən norma və gərəkli hüdud çərçivəsində istifadə edilmədikdə, rəhbər istər-istəməz tənqid və narazılıq obyektinə çevrilir. Bu mənada Mirkazım Abbasovun özünü fəhlələrlə üz-üzə qoyması mövcud vəziyyətdə o qədər də təəccüblü görünmür. Təəccüblü görünən odur ki, Mirkazım müəllimdən şikayətçi düşən fəhlələr onun fəhlə yeməkxanasında işçilərilə birlikdə nahar etməməsindən, neftçi kazarmalarının yolunu belə az qala tanımamasından gileylənir. Rəis öz işçiləri ilə oturub bir tikə çörək dadmağı, onlarla birlikdə yatıb dincəlməyi özünə rəva bilmirsə, bundan narazı qalmağın əhəmiyyəti varmı? Rəhbər işçidi, böyük adamdı, özü də əli həmişə dövlət pulları ilə oynayır. Belə bir adamın kasıb-küsub əhatəsində nə işi var? Onun etinasızlıqlarını da anlamaq gərəkdir. Bu gün yepyekə başların fəlsəfəsində pula hərislik amili sərvət toplamağın əsas məsələsi hesab olunursa, bə Mirkazım müəllim neyləməlidir? Maaşa baxan qara fəhlənin dərd-səri ona qalmayıb ki? Çox qısa zaman sınırlarına yerləşdirilmiş qazanc imkanlarını kim qaçırar? Vaxt var ikən bu imkanlardan yetərli yararlanmaq lazım gəlir, indiki şəraitdə. Bəlkə sabah kim bilir, gec olacaq? Bax, təəssüf ki, bizim əksər məmurlar bu qeyri-məqbul sayılan qazanc fəlsəfəsinin quluna çevriliblər. Çətindir. çox çətindir. Həm də bu iş elə bir işdir ki, rəisi min cür əyri yola əl atmaq məcburiyyətində qoyur. Fəhlələr isə Mirkazım Abbasovun onların problemlərinə qarşı sərgilədiyi biganəliyi məqsədli yanaşma kimi qiymətləndirilər.Rəisin belə hərəkətinin işçi personalı SOCAR rəhbərliyinə qarşı qaldırmaq cəhdindən irəli gəldiyini düşünürlər. Bu zəhmətkeş qardaşlarımız Mirkazım Abbasovun şəxsi məsələlərinin həlli ilə məşğul olduğunu bildirərək onu sadə neftçilərin problemlərinə kifayət qədər diqqət ayırmamaqda ittiham edirlər. Bilmirəm, neftçi qardaşlarımız bu fikri necə qarşılayacaqlar. Amma bir məqamı söyləməməkdən özümü saxlaya bilmirəm. Görürsünüzmü, Mirkazım Abbasovdan xeyli şikayət var. Özü də bu şikayətlər əsaslı hesab olunur. Bu yolla rəisi ram eləmək istəyirlərsə, inanın, çətin ki, baş tutsun. Mən onların yerinə olsaydım, təklif edərdim ki, neft hasilatı cəhətdən ən "xəsis" olan adsız Xəzər adalarından birinə Mirkazım müəllimin adının verilməsi təşəbbüsü ilə çıxış edilsin. Yaxud da metronun "Neftçilər stansiyasına rəisin adının verilməsi üçün neftçilərimiz yığışıb tərəqqipərvər "yuxarılara" müraciətlər etsinlər. Bəlkə bundan sonra Mirkazım Abbasovu qiymətli bilib daha yuxarı vəzifə pillələrinə qaldırarlar, fəhlələrin də canı qurtarar...Bunun əvəzində neftçilərin yuxarı instansiyalara dəfələrlə ünvanladıqları müraciətlərdə rəisin özünə güclü biznes şəbəkəsi qurması, bir sıra SOCAR məmurları ilə hətta sərvət yarışmalarına qoşulması da hədəfə alınıb. Trest işçiləri arasında onu hətta "rokfeller" adlandıranlar da az deyil. Bizcə, Qusardakı mülkün, Bakıdakı bir-iki iaşə mərkəzinin, paytaxtdakı 2-3 şəxsi mənzilin sahibinə "rokfeller" demək düzgün deyil. O kişinin ruhunu incitməyin. Mirkazım Abbasov barəsində yazılanlara əsaslansaq, görərik ki, bu məmur bizim üçün tipik bir büdcə qənimidir, dövlət vəsaiti hesabına özünə cənnət qurub. Fikirlərimizi bir qədər də konkretləşdirsək, özünüz şahid olarsınız ki, trest rəisinin qazanc mənbələri hansılardır. Baxın,istismar müddətini başa vurmuş, işlək vəziyyətdə olmayan texnikalar üçün nədən yanacaq və ehtiyat hissələri alır? Bu fakt deməyə şübhəli əsas verir ki, həm trestdaxili, həm də ümumilikdə şirkət hüdudlarında yanacaq və sürtkü materialları, həmçinin texnikalar üçün ehtiyat hissələri ilə qapalı və gizli alver şəbəkəsi fəaliyyət göstərir. Özü də bütün bunlar mərkəzləşdirilimiş formada həyata keçirildiyindən ehtimal etmək olar ki, SOCAR rəhbərliyi baş verənlərə bilərəkdən reaksiya vermir.\\gundelik-baku.com\\