BolgeXeber.Com » Ölkə » “İrşad Telekom“vətəndaşları belə aldadır - ŞOK FAKTLAR

“İrşad Telekom“vətəndaşları belə aldadır - ŞOK FAKTLAR

7-08-2015, 09:27
Oxunub: 4 821 “İrşad Telekom“vətəndaşları belə aldadır - ŞOK FAKTLARXidmət aşağı, qiymətlər isə olduqca yüksəkdir


Müasir zamanla əlaqələndirib, bəzi valideynlər hətta orta məktəbdə təhsil alan şagirdlərə belə, mobil telefon alırlar.Bu gün demək olar ki, hər kəsdə son model mobil telefonlar var. Hətta deyərdik ki, bir adamın bir neçə telefonu var. Etiraf edək ki, həmin telefonların əksəriyyəti isə, kreditlə alınır. Qeyd edək ki, bu gün paytaxt Bakıda kifayət qədər mağazalar var ki, orada elektronika malları və mobil telefonları əldə etmək mümkündür.

Lakin son zamanlar həmin telefon və elektronika malları satan mağazalar barədə şikayətlər daxil olur. Həmçinin mediada da müxtəlif səpkili şikayətlərə rast gəlmək mümkündür. Bu gün redaksiyamıza daxil olan şikayət isə, "İrşad Telekom" mağazaları şəbəkəsindəndir. Qeyd edək ki, "İrşad Telekom"dan telefon alan vətəndaşların əksəriyyəti oradakı xidmətdən, reklamlarda göstərldiyi kimi qiymətlərin sərfəli və ucuz olmadığını qeyd edirlər. Həmçinin vətəndaşlara göstərilən xidmət də aşağı səviyyədədir. Tək şəxsiyyət vəsiqəsi ilə kreditin təklifi də çox zaman aldadıcı olur. Belə ki, həmin təklif bütün məhsullara yox, sadəcə ucuz mobil telefonlara şamil edilir. Həmçinin "İrşad Telekom" mağazalarına yaxınlaşan zaman bir xeyli növbə gözləməli olduqdan sonra, kredit şöbəsinə daxil olursan ki, burada sanki cinayətkar dindirmiş kimi vətəndaşa suallar verilir, iş yeri soruşulur, daha sonra öz ev və mobil telefonundan başqa, 3 qohum telefon nömrəsi də tələb edirlər. Onu da qeyd edim ki, iş yerinin olması vacibdir. Bu mərhələdən sonra isə, telefonun kreditlə verilib-verilməməsi də sual altındadır. Bəs görəsən bunun nəyi tək şəxsiyyət vəsiqəsi ilə oldu? Həmçinin kreditlə telefon götürülürsə, müştəri istədi-istəmədi məcburi olaraq telefona "qızıl zəmanət" verilir. Təbii ki, "İrşad Telekom"un təklif etdiyi bu "qızıl zəmanət" havayı deyil. Alacağımız telefonun qiymətinin üzərinə 50 manata yaxın məbləğdə pul gəlir. Bu da olur, faizsiz və tək şəxsiyyət vəsiqəsi ilə telefon almaq. Daxil olan şikayətdə vurğulanır ki, "İrşad Telekom" mağazalarından telefon alan zaman zəmanət verildiyini təsdiqləyən talon verilir və müştərini əmin edirlər ki, hansısa problem yaranarsa, biz buna cavabdehik.

Lakin bir müddət sonra telefonda hansısa problem yaranarsa, "İrşad Telekom"a yaxınlaşdıqda, min bir bəhanə ilə məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Və yaxud da telefonda yaranan problemin zəmanətə aidiyyəti olmadığını qeyd edirlər. Bir sözlə, sudan quru çıxmağa çalışırlar. Bundan başqa, bayramlarda müştəriləri olmuş şəxslərin mobil telefonlarına endirimlər haqqında ismarışlar daxil olur. Lakin mağazaya üz tutduqda, görürsən qiymətlərdə ismarışda qeyd edildiyindən fərqlidir, yaxud da ümumiyyətlə, heç bir endirim yoxdur. Ümumiyyətlə, Azərbaycanda qiymətlər dövlət tərəfindən tənzimlənmədiyi üçün sahibkarlar satdıqları hər bir məhsula istədikləri qiymətləri təyin edirlər. Bu da çox zaman sui-istifadə hallarının yaranmasına və vətəndaşların soyulmasına gətirib çıxarır. Elanlarda 30-50 faiz endirim olduğu bildirilir, amma satılan məhsulun endirimdən öncəki qiyməti məlum deyil. Sonradan aydın olur ki, endirimdən sonra və endirimdən əvvəlki qiymətlər eynidir. Bəzən dükanlarda oxşar modellərdən istifadə olunur və istehlakçılar aldadılır. Müştəriyə satılan model ona bənzəyən qat-qat ucuz model ilə əvəz edilərək daha çox qazanc əldə edilməyə çalışılır. Bunlar tamamilə qanunsuzdur və insanlara kələk gəlməkdən başqa bir şey deyil. gundelik-baku.com