Eldar Əzizov Sumqayıt parklarında qoyunlarımı otaracaq?
10-08-2015, 10:28
Oxunub: 4 606
Nədən otluqlar otlaq sahəsi kimi qorunur?Hər zaman qərarları ilə diqqət mərkəzində olmağı sevən Sumqayıt icra başçısı Eldar Əzizov bu dəfə də "gündəmə" gəlib.
Bu bardə Sumqayıt şəhər sakini Qaynar.info-ya şikayət məktubu yazıb.
Şəhər sakini bildirib ki, İcra Hakimiyyətinin binası ilə üz-üzə yerləşən parkda başına maraqlı hadisə gəlib: "Dostlarımla birlikdə parkın yaşıllıq olan hissəsində oturub istirahət edirdik. Bu zaman bir polis maşını bizə yaxınlaşaraq yüksək səs tonu ilə "Ə durun ordan, indi sizə başa salacam parkın otluğunda oturmaq nə deməkdir" deyə yaxınlaşdı.
Çaşqın vəziyyətdə nə baş verdiyi polislərdən soruşmaq istədikdə onlar yenə qışqıra-qışqıra üstümüzə gəldilər. "Bəs bilmirsiniz parkda otun üstündə oturmaq olmaz? İcra başçısı sizin burda oturduğunu kamera ilə görüb. Sizə görə bayaqdan bizə deyilməyən söz qalmadı. Tez durun çıxın burdan".
Şikayətçi daha sonra qeyd edir ki, parkda oturmağın hansı qanun pozutusu olduğunu soruşsa da, polislər "İstəyirsən gedək bölmədə sənə qanuna başa salaq" deyib.
Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, məsələyə münasibət öyrənmək istəsək də, bu baş tutmadı.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər