İstehlakçıları aldadan çörək firması - FOTOLAR
10-08-2015, 18:00
Oxunub: 6 285
Xırdalan şəhəri, 22-ci məhəllədə çörək sexi açmış E.Rzayev adlı şəxsin istehsal etdiyi "Ordubadım" adlı pəhriz lavaşından istehlakçı şikayəti var
İstehlakçı FaktXəbər-ə mağazadan aldığı lavaşın şəkillərini göndərib. Şəkilləri insanı heyrətə salacaq səviyyədədir. Mağazadan çörəyi alan şəxs bildirir ki, çörəyin üzərinə 7 avqustda istehsal edildiyi barədə etiket var. Həm də qeyd olunur ki, saxlanma müddəti 96 saatdır. Amma 8 avqust tarixində, yəni istehsaldan 24 saat sonra alınan çörək tamamilə xarab olmuş vəziyyətdəri. Çörək içəri hissələri saralmış və kiflənmiş vəziyyətdədir.
Məsələ ilə əlaqədar çörək sexi ilə əlaqə saxladıq və özünü nəzarətçi kimi təqdim edən şəxsə istehlakçını şikayətini çatdırdıq. Sexdən cavab olaraq bildirdilər ki, hava isti olduğu üçün çörək tez xarab olub. "Bəs onda nəyə görə, etiketə saxlanma müddətinin 96 saat olduğunu yazmısınız" sualına isə maraqlı cavab aldıq: "Bu müddəti Standartlaşdırma İdarəsi verib."
Maraqlıdır ki, Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi bu məhsulun üzərinə 96 saat saxlama müddəti yazırsa, onda bu, qəbul olunmuş normativdir. Əgər məhsul bu müddətdən tez xarab olursa, onda belə çıxır ki, istehsal olunan məhsul standartlara cavab vermir.
Standartlara cavab verməyən ərzağın isə insan orqanizminə vurduğu zərərlər isə başqa söhbətin mövzusudur.
Ümidvarıq ki, əlaqədar orqanlar sözügedən çörək sexində istehsal olunan lavaşların nəyə görə, 96 saat müddət göstərilməsinə baxmayaraq, 24 saata xarab olması barədə araşdırma aparacaqlar.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər