BolgeXeber.Com » Ölkə » Bərdədə gənclər gününə həsr olunmuş tədbir keçirildi-FOTO

Bərdədə gənclər gününə həsr olunmuş tədbir keçirildi-FOTO

12-08-2015, 20:22
Oxunub: 3 261 Bərdədə gənclər gününə həsr olunmuş tədbir keçirildi-FOTOTədbirin sonunda uşaq,yeniyetmə və gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin yüksəldilməsində səmərəli fəaliyyətinə görə S.Vurğun adına mərkəzi kitabxana Bərdə rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif edildi

12 avqust 2012-ci il tarixdə S.Vurğun adına mərkəzi kitabxanada Bərdə rayon Gənclər və İdman idarəsinin və YAP rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı və rayonun fəal gənclərinin iştirakı ilə “12 avqust Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq gəncləri təşkilatçılar adından bu əlamətdar gün münasibətilə təbrik etdi,onlara təhsildə və gələcək işlərində uğurlar arzuladı.Sonra o,qeyd etdi ki, bu qərar 8-12 avqust 1998-ci il tarixlərdə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir. Bu gün BMT-nin qərarı ilə gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə 1999-cu ildə müəyyən edilib və 2000-ci ildən qeyd olunur. 2009-cu ilin dekabrında BMT Baş Assambleyası 2010-cu ili Beynəlxalq Gənclər ili elan etdi.A.Qasımov Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bugünkü uğurlu davamından,müasir azərbaycan gəncinin artiq dünyaya inteqrasiya etməsindən,ölkə başçısının azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan,gəncliyin hərtərəfli inkişafı üçün qəbul edilmiş Proqramlardan,imzalanmış fərman və sərəncamlardan,Gənclər və İdman idarəsinin bu sahədə fəaliyyətindən danışdı. YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev çıxış edərək dövlət gənclər siyasətinin - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemi olduğunu bildirdi.O,rayonda gənclərin məsul vəzifələrə irəli çəkilməsindən,onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün görülən işlərdən və s. danışdı. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova son dövrlərdə gənclərin mütəliə marağının genişlənməsindən,yeniyetmə və gənclərlə birgə görülən işlərin əhəmiyyətindən danışdı. Rəsm qalareyasının direktoru Səbuhi Qasımov,gənc tarixçi Qurban Məmmədov, defektoloq-loqoped Günay Hüseynova, fəal gənclərdən Nəsibə Kərimsoy,Arzu Nəbizadə və başqaları rayonda gənclərin İctimai Birliklərinin yaradılmasının vacibliyindən,gənclərin sosial şəbəkələrdən istifadəsindən,erkən nigahlardan,məşğulluq və digər problemlərdən danışaraq,müəyyən problemlərin həllində maarifləndirmə işinin əhəmiyyətini xüsusi qeyd etdilər. Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi,gənc şair Nemət Cabbarov və veteran müəllim,şair Rəşid Kazımov öz şeirlərini söylədilər. Tədbirin sonunda uşaq,yeniyetmə və gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin yüksəldilməsində səmərəli fəaliyyətinə görə S.Vurğun adına mərkəzi kitabxana Bərdə rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif edildi. Tədbirə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vuraraq rayon gənclərini ölkəmizdə və eləcə də qədim Bərdəmizdə gedən ictimai-siyasi proseslərdə,quruculuq-abadlıq işlərində fəal olmağa çağırdı.
Bolgexeber.com
Bərdədə gənclər gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Bərdədə gənclər gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Bərdədə gənclər gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Bərdədə gənclər gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Bərdədə gənclər gününə həsr olunmuş tədbir keçirildi-FOTO