BolgeXeber.Com » Ölkə » Özünü “Kurtlar Vadisi”nin Karahanlısına bənzədən deputat – Madər Musayev

Özünü “Kurtlar Vadisi”nin Karahanlısına bənzədən deputat – Madər Musayev

17-08-2015, 11:53
Oxunub: 4 521 Özünü “Kurtlar Vadisi”nin Karahanlısına bənzədən deputat – Madər MusayevBiznesmen-deputat da karyerasının üzərini "qara bulud"ların almasından xəbərdardır

Savash.org qarşıdan gələn parlament seçkilərində “köhnə qvardiya” üzvlərinin şanslarını araşdırmaq qərarına gəlib. Bu baxımdan layihəmizin ilk hədəfi ard-arda 5 dəfə deputat mandatı qazanmış Hacı Madər Musayevdir. Xatırladaq ki, son zamanlar Milli Məclisin deputatı, biznesmen Hacı Madər Musayevin adı ətrafında müxtəlif müzakirələr açılıb. Onun 2015-ci ilin noyabrında formalaşacaq parlamentə buraxılmayacağı haqda da məlumatlar yayılıb. Beləliklə, hər şeydən öncə yazımızın qəhrəmanı olan millət vəkili ilə ətraflı tanış olaq. Kimdir, Madər Musayev? Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Eyni dairədən 5 dəfə təkrar seçilən yeganə deputatdır. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. "Şöhrət" ordeni ilə təltif edilib. Rus dilini bilir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır. Bitərəfdir. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var. Daha mandat ala bilməyəcək Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, 2015-ci ildə parlamentin qapıları onun üzünə qapadılacaq. Bldirilir ki, biznesmen-deputat da karyerasının üzərini "qara bulud"ların almasından xəbərdardır. Ona görə də 2015-ci ildə mandat almaq üçün müxtəlif varianlara əl atıb. Amma onun bu cəhdlərinin fayda verməyəcəyini düşünən mənbəmizin sözlərinə görə, artıq onun adı üzərindən qalın bir xətt çəkilib. Elə mətbuatda onun “vurulmasını” təmin edən yazıların intensivləşməsi də buradan qaynaqlanır. Siyasətə biznesdən gəlmiş Madər Musayevin isə bundan itkisi yalnız deputatlıq toxunulmazlığının əldən çıxması ola bilər. Hər halda o deputat kimi özünü və biznesini rahatlıqla qoruya bilirdisə 2015-in noyabrından sonar bu üstünlüyünü itirə bilər.

Siyasətə “biznes qatarı” ilə gələn Musayev geri qayıdır? Tərcümeyi-halından da göründüyü kimi Madər Musayevin bütün şüulu fəaliyyəti bizneslə bağlı olub. Satıcı köməkçisi, satıcı, mağaza müdiri kimi karyera pillələrində irəliləmiş Madər Musayev günümüzün hesablaşılacaq ciddi biznesmenlərindən sayılır. O, ard-arda 5 dəfə millət vəkili seçildiyi Binəqədidə əsl bines toru qurmağı bacarıb. Bu baxımdan yalnız deputata bağlılığı şübhə doğurmayan "Favorit" marketlər şəbəkəsinin adını çəkmək yetərlidir. Məlumatlara görə, Madər Musayevə məxsus "Favorit" marketlər şəbəkəsi 2013-cü ilin avqustun-dan fəaliyyətə başlayıb. Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur, sadəcə, yaxın adamlarının adına sənədləşdirilib ki, bud a Azərbaycan reallığında tez-tez rast gəlinən reallıqdır. Madər Musayev hələ sovet dövründən bizneslə məşğuldur. Onun nə qədər böyük imkanlara malik olduğunu çox adam bilir. Beş dəfə deputat seçilməsi də məhz bununla bağlıdır. Çünki o, yuxarıların tapşırığı ilə hər zaman böyük xərcli tədbirləri maliyyələşdirir. Özünü “Kurtlar Vadisi”nin “Karahanlı”sına oxşadır… Daxil olan məlumata görə, Madər Musayevin Binəqədi rayonunda - 9-cu mikrorayonda ikimərtəbəli bir ofisi də var. İki mərtəbə və zirzəmidən ibarət olan bu ofisdə olanlar onun "Kurtlar vadisi"nin məşhur baronu Mehmet Karahanlının dəbdəbəli ofisinə bənzədiyini deyirlər. O müdhiş auralı ofisə isə Madər Musayevin çox yaxın ətrafı gəlib-gedir. Madər Musayevin bütün ciddi qərarları məhz sözügedən məkanda verdiyi boldirilir. Bacısı oğluna gün ağlayan deputatın tikinti işləri Bir vacib məqamı da xatırladaq ki, bu günlərdə Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 32 ünvanında yerləşən yaşayış binasının sakinləri məhəllələrindəki bağçanın hasarlanmasından mətbuata şikayət ediblər. Belə ki, həmin ərazini Cavid Babayev adlı şəxs hasarlayıb və orada 2 fərdi yaşayış evi tikmək istəyir. Cavid Babayev ərazinin ona məxsus olduğunu və müvafiq qurumdan icazə aldığını deyir. Lakin sakinlər bunun qanunsuz və burada inşa olunacaq hər hansı bir tikintinin prezidentin sərəncamına zidd olduğunu bildirirlər. Məlumata görə, Adıçəkilən ünvandakı hasarlanan ərazidə tikiləcək olan iki ədəd yaşayış binası deputat Hacı Madər Musayevin bacısı oğlu Emin adlı şəxslə bağlıdır. Amma bunu gizlətmək üçün sənədlər Cavid Babayev adlı şəxsin adına düzəldilib. Bir müddət öncə sakinlərin şikayəti əsasında həmin əraziyə yollanaraq, orada gedən tikinti işləri ilə maraqlanan jurnalistlərin qeydləri bu baxımdan maraq doğurur. Həmin günlərdə ərazidə hasarlanma işi getmirdi. Amma sakinlər qısa müddət ərzində burada tikinti işlərinin başlayacağı ilə bağlı məlumat vermişdilər.

Elə də olub.... Avqustun 11-də gündüz saatlarında Cavid Babayev adlı şəxs özü ilə fəhlələri gətirərək, ərazini hasarlayıb. Sakinlər buna nə qədər etiraz etsələr də, faydası olmayıb. Hətta ərazidə yaşayan bina sakinlərindən bəziləri hasarları sökməyə də cəhd ediblər: "Biz bu hasarları bir neçə il öncə də sökmüşük. O zaman da buranı kiməsə satmışdılar. Hasar çəkdilər, biz sökdük. Şikayət etdik, tikinti dayandı. İndi isə yenə buranı kiməsə satıblar. Bəs, uşaqlar harada gəzsinlər, oynasınlar? Abadlaşdırmaq əvəzinə, söküb, dağıtmağa üstünlük verirlər. Bir nəfərin cibi dolacaq, pullanacaq deyə bu qədər insanın haqqına girmək olmaz. Ərazini yaman günə salıblar. Əvvəllər bura daha təmiz və səliqəli idi". İcra başçısı, deputat və onun bacısı oğlu… Şikayətçilər deyirlər ki, qanunsuz tikintiyə icazəni birbaşa icra başçısı özü verib: "Bu işlərin başında deputat, onun bacısı oğlu və Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov dayanır. İcra başçısından xəbərsiz rayonda daşı-daş üstə qoymaq olmur. Əllərində sadəcə layihə ola-ola tikinti aparırlar. FHN əməkdaşları dedilər ki, onların bu tikinti ilə bağlı rəyləri yoxdur. Deməli, hər şey qanunsuzdur. İH-nə göndərdiyimiz şikayət məktubuna cavab olaraq, yazdıqları sənəddən də bunu anlamaq olur. Məktubda qeyd edilir ki, "Binəqədi rayonu, 8-ci mikrorayon, Azalıq prospekti 32 saylı yaşayış binasının arxasında Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15.12.2014-cü il tarixli, 18/03-8/3463 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq, Babayev Cavid Şahmurad oğluna 2 ədəd 4 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilib. Lakin sizin narazılığınız nəzərə alınaraq, yaşıllıq sahəsinin ətrafında özbaşına çəpərlənmiş torpaq sahəsinin hasarı sökülüb və sahə əvvəlki vəziyyətinə qaytarılıb. Həmçinin narazılığa səbəb ola biləcək hallara yol verilməməsi məqsədilə sözügedən ərazi nəzarətə götürülüb". Deməli, onların hər şeydən xəbərləri var. Bu məktub bizə aprelin 30-da gəlib. Bəs, indi necə oldu ki, burada tikintiyə icazə verdilər? Yəqin ki, nəyinsə qarşılığında öz aralarında anlaşıblar".
Bolgexeber.com