BolgeXeber.Com » Ölkə » Küçələrə tökülən pullar - Lütvəli Babayev Zərdab küçələrindən nə qədər qazanıb?

Küçələrə tökülən pullar - Lütvəli Babayev Zərdab küçələrindən nə qədər qazanıb?

20-08-2015, 12:57
Oxunub: 3 835 Küçələrə tökülən pullar - Lütvəli Babayev Zərdab küçələrindən nə qədər qazanıb?Mənbə: “Lütvəli Babayev Zərdab küçələrinin təmiri üçün ayrılan 1,4 milyon manat vəsaitin 600 min manatını mənimsəyib”

Davamlı olaraq adı qalmaqallarda hallanan Lütvəli Babayev icra başçıları arasında kifayət qədər varlı məmur kimi də tanınır. Təbii ki, onun bu var-dövləti büdcədən olan mənimsələrdən və vəzifə səlahiyyətlərindən istifadə edərək əldə etməsi heç kimdə şübhə doğurmur.

Neftin qiymətinin sürətlə aşağı düşməsi nəticəsində bütün dünya ölkələrində iqtisadi problemlər yaratdığı kimi, Azərbaycanda da iqtisadi problemlər meydana çıxarmaqdadır. Lakin Azərbaycanda iqtisadi tənəzzülü dərinləşdirən və bəlkədə iqtisadi böhranın yaranmasına səbəb olan əsas faktorlardan biri də məmurlardır. Belə ki, məhz məmurların yol verdiyi korrupsiyalar nəticəsində hər il dövlət büdcəsindən milyardlarla manat vəsait oğurlanır. Və təbii ki, bu yolla hər il külli miqdarda büdcə vəsaitləri ayrı-ayrı şəxslərin cibinə axır. Xüsusilə büdcənin talanmasında rayon icra hakimiyyətlərinin başçıları daha aktiv iştiak edirlər.

Oxucularımıza Zərdab rayonunda baş verən böyük korrupsiya əməllərindən birini təqdim edəcəyik. İlk öncə onu xatırladaq ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ölkə miqyasında ən çox qalmaqallara imza atmış icra başçılarından biri kimi tanınır. Biz hazırda həmin qalmaqalların üzərində dayanmaq istəməsək də, bildirək ki, bu qalmaqallar bir məmur adına heç də başucalığı gətirməyən qalmaqallar olaraq bilinir. Buna baxmayaraq Zərdabın icra başçısı daha çox ictimai saymamazlığı ilə fərqdənən məmurlardandır. Buna baxmayaraq Lütvəli Babayev icra başçıları arasında kifayət qədər varlı bir məmur kimi də tanınır.

Təbii ki, onun bu var-dövləti büdcədən olan mənimsələrdən və vəzifə səlahiyyətlərindən istifadə edərək əldə etməsi heç kimdə şübhə doğurmur.

Hazır ki, iqtisadi çətinlik şəraitində isə Lütvəli Babayev kimi məmurların dövlət büdcəsinin vəsaitlərini öz ata malları kimi ciblərinə qoymaları ölkənin iqtisadi vəziyyətini çətinləşdirdiyi kimi, Azərbaycan vətəndaşlarının da ümumilikdə rifah halının pisləşməsinə səbəb olur. Faktiki olaraq Lütvəli Babayev kimi məmurlar öz rifahlarını ən yüksək səviyyə çıxara bilirlərsə, (Təsəvvür edin ki, bir idarə müdirinin bir qayda olaraq xaricdə olan illik istirahət xərcləri 20-50 min arasında, icra başçısı səviyyəsində olan məmurların isə illik istirahət xərcləri təqribən 100-150 manat arasında olur. Və onlar bu pulları hardasa bir, ya da iki sənədə qol çəkməklə əldə edirlər. Ayda, ya da ildə nə qədər sənədə qol çəkdiklərini özləri daha yaxşı bilirlər.), buna görə sıravi vətəndaşların rifahı hər gün aşağı düşür.

Zərdabdan AzFakt.com saytına daxil olan məlumata əsasən rayon icra başçısı Lütvəli Babayev 32 saylı Yol İstismar idarəsinin müdiri Cahangir Mahmudovla əlbir olaraq hər il dövlətin yüz min manatlarla vəsaitlərini mənimsəyirlər.

Məlumat verən mənbə bildirir ki, Lütvəli Babayev hər il dövlət büdcəsindən Zərdab şəhərindəki küçələrin təmiri üçün ayrılan vəsiatləri məhz 32 saylı Yol İstismar idarəsinə köçürür. Yəni bir qayda olaraq, şəhər küçələrinin təmir olunması üçün hər il keçirilən saxta “tenderin” qalibi Cahangir Mahmudovun rəhbərlik etdiyi 32 saylı Yol İstismar idarsi elan olunur. Mənbə qeyd edir ki, Lütvəli Babayevlə 32 Saylı YİS-nin bu “əməkdaşlığı” xeyli vaxtdır davam edir. Hər il Zərdabın eyni küçələri təmir olunur və buna görə büdcədən yüzmin manatlarla vəsait silinir.

Qeyd edək ki, təkcə 2014-cü ildə Zərdab şəhər küçələrinin təmiri üçün 611 min, 2015-ci ildə 811 min manat vəsait ayrılıb. Ayrılan vəsaitlərin xərclənməində ciddi şəkildə yeyintinin oluğunu bildirən məlumatlı şəxs iddia edir ki, “Lütvəli Babayev ümumilikdə 1,4 milyon manat vəsaitin 600 min manatını mənimsəyib”. Yerdə qalan vəsiatin bir hissəsi maliyyə nazirliyində, bir hissəsi yeli maliyyə idarəsində, bir hissəsi nazirlər kabinetində ilişib qalıb və küçələrin təmiri üçün ortada təxminən 500 min manat qalıb. Bu vəsaitlə isə şəhər küçələrini tez tələsik təmir ediblər.

Mənbə bildirir ki, əslində 500 min manatla Zərdab küçələrini təmir edib yaxşı vəziyyətə gətirmək olardı. Lakin həmin yarım milyon vəsaitdən 32 saylı Yol İstismar İdarəsinin müdiri Cahangir Mahmudov da və onun yaxın ətrafı da öz paylarını götürdüyü üçün Zərdab küçələrinin payına cəmi 300 min manat vəsait qalıb. Harda Zərdab şəhərində təmir olunmuş küçələrin asvalt qalınlığına baxmaqla demək olar ki, ayrılan 1,4 milyon manat vəsaitin cüzi hissəsi işə sərf olunub. Təmir edilən yolların bir hissəsi isə məhz “Azəryolservis” ASC-nin 32 saylı Yol İstismar idarəsin ayırdığı mal matreallaırn hesabına tikilib. Məlumatlı şəxsin iddiasına görə Lütvəli Babayev açıq şəkildə Cahagir Mahmudova deyib ki, küçələri bildiyin kimi təmir elə. Söz-söhbət, problem ortaya çıxsa, cavabddeh də idarə müdiri özü olacaq. Cahangir Mahmuov da 32 saylı Yol İİS-nin gücü ilə Zərdab küçələrini təmir edib və bu zaman yenidən dövlət büdcəsinə əlavə xərclər nəticəsində ziyan dəyib.

Mənbə bildirir ki, əgər Maliyyə Nazirliyinin Zərdabda vəsaitlərin xərclənməsini yoxlasa, o zaman ortaya ciddi maliyyə yeyintiləri çıxacaq.Çünki rayon icra başçısı Lütvəli Babayev açıq şəkildə dövlət büdcəsindən ayrılan vəsaitin 40%ni nəqd şəkildə cibinə qoyub.

Qeyd edək ki, Zərdab rayonu ilə bağlı araşdımamız davam edir və yaxın günlərdə icra başçısı Lütvəli Babayevin maliyyə maxinasiayalaı ilə bağlı oxucularımıza ilginc məlumalar verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.