BolgeXeber.Com » Ölkə » Tahir Xasıyev Ağsu rayon təhsilini viran qoyub

Tahir Xasıyev Ağsu rayon təhsilini viran qoyub

21-08-2015, 13:26
Oxunub: 5 282 Tahir Xasıyev Ağsu rayon təhsilini viran qoyubTahir Xasiyev rəhbərlik etdiyi dövrdən bu günə qədər təhsil sahəsində hansısa müsbət işlərə imza atmayıb

Təhsil hər kəsin gələcək həyatını qurmasında mühum rol oynayır. Lakin bu gün təhsil sahəsini bərbad duruma qoyanlar çoxdur. Bunlardan biri də Ağsu rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasıyevdir. Bu şəxs rayonda qanunsuzluqlarla məşğuldur. Xasıyevin qanunsuz fəaliyyətinin nəticəsidir ki, bu gün Ağsu təhsili digər regionların təhsilindən geridə qalıb. Nəzərə alsaq qəbul imtahanları zamanı ən aşağı nəticəni göstərənlər sırasında Ağsu rayonunun da adı var.

Tahir Xasiyev rəhbərlik etdiyi dövrdən bu günə qədər təhsil sahəsində hansısa müsbət işlərə imza atmayıb. Ağsu RTŞ müdiri yalnız və yalnız bu sahənin geriləməsi istiqamətində işlər görür. Bu şəxs dövlət büdcəsindən ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir. RTŞ müdiri məktəblərə ayrılan kitabları ayrı-ayrı dükanlarda satdırmaqla məşğuldur. Ona görə də rayonda şagirdlərin hər birinə kitab çatmır. Artıq yeni dərs ilinin başlamasına az qaldığından Tahir Xasıyev kitabları satdırmağı səbirsizliklə gözləyir. Çünki kitablardan gələn gəlir birbaşa şöbə müdirinin cibinə gedir. Ədə etdiyimiz məlumatlara görə, onun idarəçiliyinin nəticəsidir ki, bu gün rayon kəndlərində şagirdlər təhsildən yayınırlar. Nadir hallarda dərslərdə iştirak edirlər. Qış aylarında ümumiyyətlə, şagirdlərin dərsə davamiyyəti sıfıra bərabər olur. Çünki təhsil şöbəsinin müdiri vaxtlı-vaxtında kənd məktəblərini odunla təmin etmir. Nəticədə də soyuq sinif otaqları şagirdsiz qalır. Hər kəs övladının sağlamlığını düşündüyünə görə, soyuq sinif otaqlarına şagird buraxmırlar. Təəssüf ki, bu gün Ağsu rayonunun bir çox kəndlərində eyni vəziyyət yaşanır.

Tahir Xasıyevin orta məktəblərə işə müəllim qəbulu zamanı ciddi qanun pozuntularına yol verdiyi də vurğulanır. Tahir Xasıyev Təhsil Nazirliyinə vakant yerlər barədə sorğu təqdim etmir ki, həmin yerlərə ixtisaslı müəllimlər göndərilsin. Məktəblərə iki-üç ay kurs keçmiş qohum -əqrəbasını, yaxuda Xasıyevə şirinlik verən rayon camaatını müəllim kimi işə götürür. Ali təhsili olmayan müəllimdən hansı təhsili gözləmək olar. Təəssüf ki, bu şəxsi yalnız və yalnız öz maraqları düşündürür.

Digər məlumata əsasən Tahir Xasiyev həmçinin bir çox orta məktəblərə öz qohumlarını direktor təyin edib. Bundan başqa dərs ili yaxınlaşdığına görə, artıq direktorlardan şirinlik tıələb edir. Əks halda onları işdən çıxaracağıyla hədələyir. Bu şəxsi təhsilin keyfiyyəti deyil, yalnız maddiyyət maraqlandırır. Ona görə də rayon təhsili bərbad haldadır. Təhsilin keyfiyyətindən söz gedə bilməz. Təəəsüf ki, bu şəxs uzun illərdir ki, təhsil şöbəsinə müdir vəzifəsindədir. Bütün bunlar Tahir Xasıyevin fəaliyyətinin araşdırılmasını gündəmə gətirir.

Deyilənə görə, bu gün Ağsu təhsilində "qohumbazlıq" sindromu ən böyük problemlərdən birinə çevrilib. Belə ki, RTŞ müdiri "öz kadrlarını" işlə təmin etmək məqsədilə digər müəllimlərin dərs saatlarından kəsərək, həmin saatları onlara verir. Bütün bunların nəticəsidir ki, bəzi müəllimlər öz çörək pullarını qazanmaq üçün təhsildən kənar işlərlə məşğul olmaq məcburiyyətindədirlər. Ona görə də çox zaman müəllimlər dərslərə gəlmirlər. Bir sözlə, Ağsu təhsilində anarxiya hökm sürür. Mövzu ilə bağlı qarşı tərəfə də cavab haqqı tanıyırıq.