BolgeXeber.Com » Ölkə » Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır - Tərtərdə

Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır - Tərtərdə

22-08-2015, 11:08
Oxunub: 2 682 Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır - TərtərdəCəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həlli məqsədilə kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, ardıcıl tədbirlər görülür

Belə görüşlərdən biri də avqustun 21-də rayonun Cəmilli kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Bolgexeber.com xəbər verir ki, tədbiri açan Cəmilli kənd İƏD üzrə nümayəndə Mənaf Məmmədov əvvəlcə kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışmışdır. Bildirmişdir ki, 392 təsərrüfat, 470 hektar ərazisi olan kənddə 1549 nəfər əhali yaşayır, əhalinin əsas məşğuliyyəti isə əkinçilik və heyvandarlıqdır. Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Əfsəl Binnətov, Fəxrəddin İsmayılov, Qurban Axundov, Famil Məmmədov, Fazil Rəhimov, Nazir Məmmədov və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, Cəmilli-Dəmirçilər yolunun asfalt örtüyü ilə yenidən qurulmasına, kənddə qaz çəkilişi işlərinin sürətlə davam etdirilməsinə görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Əsasən kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, Cəmilli kənd tam orta məktəbinin əsaslı təmir olunmasına ehtiyac olduğunu diqqətə çatdırmışlar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır - Tərtərdə
Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır - Tərtərdə