BolgeXeber.Com » Ölkə » “Binə” sahibi ticarətçilərə qan uddurub milyonlar qazanır – ŞOK FAKTLAR
“Binə” sahibi ticarətçilərə qan uddurub milyonlar qazanır – ŞOK FAKTLAR
25-08-2015, 17:10
Oxunub: 4 245
Sahibkarlar “Binə” bazarını kütləvi şəkildə tərk edir
“Binə” bazarının rəhbəri Kəbirə Məmmədovanın qeyri-qanuni tələbləri sahibkarların buradan uzaqlaşması ilə nəticələnib. Eyni zamanda ticarətdə durğunluqdur.
Kəbirə Məmmədova və qoçularının bazarda yaratdıqları dözülməz vəziyyət sahibkarları buradan didərgin salıb. Dişini-dişinə sıxaraq hələ də dözən sahibkarlar isə artıq üsyan həddindədir.
“Binə” bazarından sahibkarların köçü bazarın sahibi Kəbirə Məmmədovanın onları müflis etməsidir. Onlar deyirlər ki, bazara hər gün bir qayda qoyulur.
“Unikal” qəzeti yazıb ki, hər dükandan aya 3 manat işıq pulu yığılır. Bu 3 manat bir işıq lampasına görədir. Hər dükanda ən azı 8 işıq lampası var.
Ən çoxunda isə 12-dir. Orta hesabla 10 lampa götürsək, bu, bir mağazadan 30 manat almaq deməkdir.
Beləliklə, işlək 2000 dükandan aya 60 min manat pul əldə edilir. Sahibkarlar deyirlər ki, gün ərzində bir neçə dəfə işıq sönür. Bu isə əsl maxinasiyadır.
Hər dükan sahibindən kondisioner üçün 40 manat pul alırlar. Bunu hesablayanda Kəbirə Məmmədovanın cibinə əlavə olaraq 80 min manatın girdiyini anlayırsan.
Hər bir dükandan 10 manat polis pulu yığılır, bu da 20 min manat deməkdir. Tum satan, araba sürən, çaynikdə dükanlara çay gətirən bir sözlə, əldə hər hansı əşyanı satan adam günə 1 manat pul ödəməlidir. Belə satıcıların sayı da yüzlərlədir.
“Binə”də dükanların ərazisi 40, 50 və 60 kvadrat metrdir. 40-a görə 1050 manat, 50 üçün 1150 manat, 60-a sahiblənən isə 1250 manat yer haqqı ödəməlidir. 2000 dükanı orta hesabla 1150 manatdan götürsək, bu məbləğ 2 milyon 300 min manat edir.
Sahibkarlar Kəbirə Məmmədovaya yer haqqından əlavə dükanın sahibinə icarə üçün pul ödəyirlər. Daha çox alıcı qəbul edən sıralar 5, 6, 7 və 8-ci sıralardır. Burada yer pulundan əlavə dükan sahibinə 2000-3000 manat da verməlisən. Qalan yerlərdə məbləğ 1000-1500 manat arasında dəyişir.
Kəbirə Məmmədova “Binə”də yeni qazanc yeri də əldə edib. Bazar tikilən zaman Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “pojarnıy xod”ların olmasını məsləhət görüblər.
Çünki hadisə olan zaman yanğınsöndürən maşınlar həmin yerlərdən rahat keçə bilsin. İndi o yerlərdə də Kəbirə Məmmədova dükan tikir. Belə ki, “Binə”də 10 sıra var. Hər sırada 5 “pojarnıy xod” salınıb, cəmi 50-dir. Hər bir mağazanı tikib 110-150 min manat arasında satırlar.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes