«LUKoil»də yanacağı belə kəsirlər – ŞOK fırıldağın üstü açıldı
26-08-2015, 09:44
Oxunub: 2 056
Tanınmış produser Tolik yanacaqdoldurma məntəqəsindəki fırıldağın üstünü açdı; 20 manata 5 manat kəsirlər
Tanınmış produser Tolik (Tarix Əliyev) Bakıda «LUKoil» yanacaqdoldurma məntəqəsində sürücülərə satılan yanacağın necə kəsildiyini ifşa edib. Bu barədə Tolik özünün facebook profilində yazıb. Tolikin yazdıqlarını olduğu kimi oxucuların diqqətinə çatdırır: «Bunu yazmağı özümə borc bildim. Çünki üçüncü dəfədir ki, bu yanacaqdoldurma yerində başıma bu iş gəlir. Bu, təsadüf deyil. Deməli, «Şamaxinka»da 50 manatlıq benzin vururam. Baxıram ki, 43 manatlıq vurub. Elə bilir baxmıram. Deyir, səhv oldu dayı, dedim, ola bilər. Sonra iki dəfə benzin vuranda baxıram ki, 7 manatdan başlayır. Dedim, dayan, bu nədir, axı 00:00-dan başlamılı idi. Dedi, səhv olub. Dedim hə… Bu gun «Ekologiya postu»na catmamış 20 manat vermişəm, görürəm benzini vurub qutarıb, amma 15 AZN. Soruşuram ki, bu nədir? Cavab verdi ki, səhv olub. Bəs görəsən niyə səhv edib artıq benzin vurmurlar?
Deməli, görün, bunlar hər gün birini 5, birini 3, birini 7 AZN aldadırsa görün nə qədər insanı aldatmış olurlar! Burdan səslənirəm bu obyektləri işlədən insanlara; işçilərə tapşırıq verin, insanları aldatmaq olmaz. Özü də maşını saxlayırsan, deyir, ver qabağa, guya şlank çatmır. Afiristlər!».
Diqqətli olun və siz də aldanmayın. Təkcə "LUKoil"da deyil, başqa tanınmış yanacaqdoldurma məntəqələrində də benzini kəsirlər.(avtosfer.az)
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət