Nazirin Sumqayıtdakı adamı sahibkarlara “divan tutur” - ŞİKAYƏT
27-08-2015, 12:35
Oxunub: 5 942
Etiraz edəndə cərimə ilə hədələyirlər
Sumqayıt sakini Teymur Yusifov Tia.az-a şikayət məktubu göndərib.
Onun sözlərinə görə, şəhərdə sahibkarlara “divan tutur”, onlara “qan uddurur”, təzyiq göstərirlər. Şikayətçi yazıb ki, sahibkarları soğan qabığı kimi soyurlar.
“Sumqayıtda 2 saylı ərazi vergilər departamentinin rəisi Abbas İsmayılov işdən çıxarılandan sonra onu Zaur Adilov əvəz edir. O da dərhal pul yığmağa başlayıb. Hamıdan 500- 7000 manatadək xərac tələb edirlər.
Etiraz edəndə cərimə ilə hədələyirlər. Şəhərdə əksər sahibkarlara vöen bağlatdırıb pulu “dövlətə ödəmə bizə ver” deyirlər.
Özünü vergilər nazirinin qohumu kimi qələmə verən Elməddin avtotəmir sexlərinə tas qoyub ki ayda 100 manat verin vöensiz işləyin. Eləcə də 41-ci məhəllədəki 9-cu 11-ci mikrorayondaki “moyka”lar, dükanlar və başqa obyektlər Elməddinə ayda 100 manat verirlər”.
Şikayətçi bildirib ki, Elməddin də bu pulları rəis üçün yığdığını deyir: “Həmçinin Sumqayıtda vergi işçilərinin "krışalığı" da var. Ona görə də ayaqqabı təmiri, avto təmir sexlərində, “moyka”larda, bərbərxanalarda, oyun zallarında alqı-satqı, yəni ticarət gedir, ətir, su, qol saatı, kontur, avtomobil üçün bəzəklər və başqa əşyalar satılır.
Elməddinin baxdığı ərazilərdə 95 faiz vöensiz fəaliyyət göstərir, yoxlama gələndə hamı obyektini bağlayıb aradan çıxır. Pensiya fondu deyilən idarə var onlar da işləməyə imkan vermir.
Vergidə vöeni bağlayırıq ki, vergi ödəməyək amma Anar adlı “sobez” işçisi hər ay gəlib, 20 manatdan yığır ki verməsəz cərimə edərik. Deyir, mənlik deyil, müdürümüz var.
Vəzir o hər obyektə tas qoyub dövlətə verməsən də olar, vöenin oldu olmadı, obyektin fəaliyyət göstərir, bizə də hörmət etməlisən”.
Xatırladaq ki, Nazirlər Kabinetinin toplantısında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq etmişdi.
Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirmişdi:
“Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki, Vergilər Nazirliyi özünü sərt aparır.
Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər.
Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər