“Access bank” soyğunçuluqla məşğuldur” - AÇIQLAMA
27-08-2015, 18:05
Oxunub: 3 810
“Alman kapitalı ilə işləyən “Access bank” soyğunçuluqla məşğuldur. Minimum əmək haqqı 12 - 13 dəfə aşağı olan ölkədə vətəndaşlara 20 və ya 22 faizlə kredit verirlər. Amma Almaniyada bir şəxsin aylıq qazancı 1200 avrodur. Almaniyada isə vətəndaşlara illik bir, iki, ən maksimal isə üç faizlə kredit verilir”
Bolgexeber.com xəbər verir ki, bu sözləri Moderator.az-a verdiyi açıqlamada mərkəzi Köln şəhərində yerləşən AVRO – AZ İnformasiya və Hüquq Danışmanlığı Mərkəzinin rəhbəri Rəşad Quliyev deyib.
Rəşad Quliyev deyib ki, bankın şüarı həyatı asanlaşdırmaq olsa da, Azərbaycanda vətəndaşın həyatını daha da ağırlaşdırır:
“Almaniyada bir insan heç bir yerdə işləmədiyi halda 400 avroya yaxın, bir ailə isə 1000 avrodan başlayaraq 2000 avroya qədər sosial pul alırlar. Sosial pul alan vətəndaşlar yoxsul təbəqə hesab edilir və buna görə də banklar bu cür vətəndaşlara kredit verib insanları borca salmırlar. Bəs necə olur ki, alman kapitalı ilə işləyən, alman vətəndaşları olan bu şəxslər mənim ölkəmdə soyğunçuluqla məşğuldurlar? Həmin bu adamlar başqa bir iddia ilə çıxış edə bilərlər ki, sizin ölkənizdə digər banklar bizdən hətta qat-qat artıq faiz alırlar. Mənim ona görə onlarla işim yoxdur ki, digər banklar Azərbaycan kapitalı ilə işləyirlər. Digər bankların həddən artıq yüksək faizlə vətəndaşlara kredit verməsini şiddətlə qınayıram. Amma məni maraqlandıran odur ki, almanlar Almaniya kimi super gücə malik, vətəndaşının sosial rifahı dəfələrlə güclü olan ölkədə cüzi, simvolik faiz alırlar. Amma Bakıda işləyənə də, işləməyənə də kreditlər verib insanların daha ağır vəziyyətə düşməsinə səbəb olur”.
Rəşad Quliyev deyir ki, “Access bank” bu əməlləri ilə hər şeydən öncə Almaniyanın nüfuzuna böyük bir zərbə vurur:
“Bu məsələ ilə bağlı bir vətəndaş olaraq araşdırmalara başladığımı bəyan edirəm. Artıq bir sıra jurnalistlərə, mətbuat nümayəndələrinə, rəsmi dövlət qurumlarına məlumatlar verilir. Qoy aydınlıq gətirsinlər görək aylıq minimum əməkhaqqısı 150-180 olan ölkədə illik faiz dərəcəsi niyə 27 faizdir ? Niyə məsələn cəmi 5000-6000 dollara görə insanlara şəxsi və yeganə evlərini "zaloq" qoymalıdır. Lazım olan bütün hüquqi addımları atacağıq, bundan başqa paralel olaraq Avropa mediası ilə işləyəcəm. Başqa vaxt almanlar bizə insan haqlarından demokratiyan "dərs" keçməyə cəhd edirlər. İndi izah etsinlər ki, onsuz da sosial iqtisadi vəziyyəti ağır olan ölkədə vətəndaşı zəlil duruma salmağın harasıdır insan haqlarına hörmət... Bu məsələ ilə bağlı ciddi kampaniya həyata keçiriləcək. Alman millət vəkillərini, siyasi partiyalarını, media nümayəndələri bu kampaniyaya tezliklə dəstək verəcəyini görəcəksiniz”.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes