Naxçıvanda növbəti qadağa: tövlələr sökülür
1-09-2015, 18:03
Oxunub: 1 715
Naxçıvan Muxtar Respublikasında tövlələrin söküntüsünə başlanılıb
Bolgexeber.com-un məlumatına görə, bu barədə musavat.com-a yerli sakinlər bildiriblər. Məlumata görə, artıq Muxtar Respublikanın bütün rayonlarında tövlələrin söküntüsü sürətlə aparılır.
Yol kənarlarında və sakinlərin həyətyanı sahələrindən kənarda olan bütün tövlələr sökülür. Yerli icra orqanlarının nümayəndələri sakinlərə bu vəziyyəti Muxtar Respublikada aparılan abadlıq işlərinin bir hissəsi kimi izah ediblər.
Artıq Şərur, Ordubad, Şahbuz, Culfa və Sədərəkdə söküntü işləri aparılıb və xeyli sayda tövlə sökülüb. Tövlələri sökülən sakinlərə öz həyətyanı sahələrində yeni tövlə tikmək məsləhət görülüb.
Xatırladaq ki, Naxçıvan ilk dəfə deyil ki, belə ümumi qadağalarla gündəmə gəlir. Bir müddət əvvəl Muxtar Respublikanın rayonlarında təndirlər kütləvi şəkildə sökülmüşdü.
Ondan əvvəl isə kəndlərdə olan kiçik mağazalar da bağlanmışdı.
Bunlar da Muxtar Respublikada aparılan abadlıq və quruculuq işlərinin bir hissəsi kimi həyata keçirilirdi.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət