BolgeXeber.Com » Ölkə » "Sizdən xahiş və tələb edirəm ki, mənim bu məktubuma biganə qalmayasınız"
"Sizdən xahiş və tələb edirəm ki, mənim bu məktubuma biganə qalmayasınız"
2-09-2015, 11:45
Oxunub: 1 381
Tovuzlu müəllimdən Mikayıl Cabbarova tələb...
Tovuzdan Moderator.az - a maraqlı bir şikayət məktubu daxil olub. Məktub müəllifi təhsil nazirdən bəzi xahiş və hətta tələbdə bulunub:
Salam, hörmətli cənab təhsil naziri Mikayıl Cabbarov!
Mən bir Azərbaycan müəllimi və Qarabağ müharibəsi veteranı,3 uşaq atası olaraq Sizə müraciət edirəm.
Hörmətli Mikayıl müəllim, Siz təhsil naziri olduğunuza görə müraciət etmək zorunda qalmışam, əks təqdirdə narahat etməzdim. Əgər müəllimin problemi varsa və bu problem yerli təşkilatlarda həll olunmursa, təbii ki, daha yuxarı təşkilatlara müraciət etmək zərurəti yaranır.
Hörmətli Mikayıl müəllim, ən əvvəl onu bildirim ki, mən Tovuz rayonu, C. Sadıqov adına Qədirli kənd tam orta məktəbində işləyirəm. İş stajım 14 ildi. Vaxtınızı çox almadan konkret faktlarla problemimi bildirirəm.
1- Hər dərs ili başlayanda mən 1 - 2 ay stressə düşürəm. Çünki bizim məktəbdə dərs saatları ədalətsiz bölünür. Belə ki, bizim məktəbdə 6 nəfər müəllim tarix fənnini tədris edir. Bu tarix müəllimlərindən 3 nəfər sırf tarix ixtisaslı, 3 nəfər isə qeyri-ixtisas ( yəni müəllim deyillər) sahibi olmaqla sonradan 6 aylıq kurs "keçməklə" "müəllim" olublar. Mən 14 ilin müəllimi olaraq mənə cəmi 10 (on) saat dərs verilir, qeyri-ixtisaslılar isə nəyə görəsə daha çox dərs saatları alırlar.
2- Mən məktəbimizdə yeganə müəlliməm ki, dərslərimi İKTəsasla, kompüterlə, proyektorla keçirəm, məndən başqa heç kim, heç kompüteri açıb-bağlamağı bilmir, nəinki istifadə edib dərs keçmək.
3-Öz zəhmətimlə bir sinif otağını təmir etmişəm, sinifə elektrik xətti çəkmişəm. Hətta məktəb direktoru bəzən mənə irad da tutur ki, elektrik enerjisindən çox istifadə etməyim, mən pulunu ödəyə bilmirəm. Mən başa düşmürəm, məktəblərdə elektrik enerjisinin haqqını Azərbaycan dövləti ödəmirmi?
4- Mənə, TPİ-tu tərəfindən interaktiv lövhə hədiyyə olunub, məktəb direktoru şərait yaratmır ki, mən həmin interaktiv lövhədən istifadə edim, həmin lövhə bir otağa qoyulub, ağzı qıfıllı istifadəsiz qalıb. Problemləri saymaqla qurtarmaz. Ona görə də Sizdən xahiş və tələb edirəm ki, mənim bu məktubuma biganə qalmayasınız.
Hörmətlə, Nəsirli Nüsrət Fəttah oğlu.
Tovuz rayonu.C.Sadıqov adına Qədirli kənd tam orta məktəbin tarix müəllimi.
P.S. Göstərdiyim faktlar tam özünü doğrultmazsa,həmin dəqiqə öz ərizəmlə müəllimlikdən getməyə hazıram.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət