BolgeXeber.Com » Ölkə » Bakıda yol polisindən görünməmiş addım — Motosikleti cərimə meydançasına taksi ilə apardı(FOTO)

Bakıda yol polisindən görünməmiş addım — Motosikleti cərimə meydançasına taksi ilə apardı(FOTO)

3-09-2015, 21:12
Oxunub: 4 292 Bakıda yol polisindən görünməmiş addım — Motosikleti cərimə meydançasına taksi ilə apardı(FOTO)Bakıda yol polisi inanılmaz hərəkət edib. O, motosikleti cərimə meydançasına taksi ilə aparmağa cəhd göstərib

Bakıda vətəndaşlar yol polisinin inanılmaz hərəkəti ilə rastlaşıblar.

Ölkə.Az xəbər verir ki, sakinlərdən birinin məsələ ilə bağlı çəkdiyi şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bakıda yol polisi inanılmaz hərəkət edib. O, motosikleti cərimə meydançasına taksi ilə aparmağa cəhd göstərib.

Məlumata görə, hadisə bu gün baş verib. Yol polisi motosikleti saxlayıb və gənc oğlanla qızı düşürüb. İnsidenti vətəndaşın nəql etdiyi formada təqdim edirik:

“Elə oldu ki, yol polisi işçisi motosikletlə hərəkət edən qız-oğlan cütlüyünü saxlayır. Sənədləri yoxlayan zamanı mübahisə düşüb, yol polis işçisi qışqıraraq “gör indi sənin başıva nə açıram”- deyib, yoldan keçən “badımcan” taksini saxlayır, qapını açıb motosikleti götürüb zorla içinə yerləşdirir.

Bu an taksi sürücüsü narazılığını bildirki ki bəs “ay kişi sən nə edirsən, bu adam daşımaq üçün taksidi, evakuator deyil!...”

Polis cavab qaytarır ki "Kəs səsini, mənə ağıl öyrətmə, bu gün də evakuator kimi işləyərsən heç nə olmaz, davay sür bölməyə"... Motosikletdən düşürülən qız-oğlan və ətrafdakılar sakitcə kənarda durub polisin bu biabırçılığına gülərək tamaşa edirdilər”.

Bolgexeber.com