BolgeXeber.Com » Ölkə » "Hər şey cəhənnəm, bədbəxtlik olacaqdı..." - "Akkord"dan şikayət(FOTO)
"Hər şey cəhənnəm, bədbəxtlik olacaqdı..." - "Akkord"dan şikayət(FOTO)
7-09-2015, 16:41
Oxunub: 4 413
"Akkord" şirkətinin evlərinin keyfiyyətsiz tikildiyini və təmir edildiyini çox eşitmişdim, özüm də bir ildir həmin binalardan birində yaşayıram"
"Yeni Müsavat" qəzetinin əməkdaşı Röya Rəfiyevanın mənzilində xoşagəlməz olay yaşanıb.
Bolgexeber.com bildirir ki, jurnalist Facebook-dakı profilində yazıb:
""Akkord" şirkətinin evlərinin keyfiyyətsiz tikildiyini və təmir edildiyini çox eşitmişdim, özüm də bir ildir həmin binalardan birində yaşayıram. Binaların yuxarı mərtəbələri bütün qış boyu damır. Dəfələrlə deyilsə də, təmir edən olmur. Hətta təzə binalarda su boruları, işıq xətləri bərbad vəziyyətdədir. Pəncərələr laxlayır, qonşunun hamamında olan nəmişlik sənin evini uçurur, pis günə salır, təmirin keyfiyyətindən danışmağa dəyməz və sair.
Dünən isə evə girəndə gördüm ki, şirkətin təmir zamanı qoyduğu şkaflar aşıb, şkafların içindəki qablar ağırlıq edəcək qədər deyildi, şkaf normal şəkildə bərkidilməyib. Sadəcə, məsuliyyətsiz iş nəticəsində bütün qablar qırılıb, soyuducum zədələnib. Hər şey cəhənnəm, çox zaman balaca mətbəxdə yatırdı, şkaf aşan zaman o, yatmış olsa, bədbəxtlik olacaqdı... Bu da şirkətin məsuliyyəti..."



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər