Şəkinin icra başçısının bağında bədbəxt hadisə...
7-09-2015, 19:59
Oxunub: 4 602
5 sentyabr tarixində bir çox mətbu orqanlarda Şəkidə baş vermiş bədbəxt hadisə barədə informasiya yayıldı
Yayılan xəbərdə bildirilirdi ki, 1995 - ci il təvəllüdlü Zəkəryayev Sadiq və Əhmədov Röyal süni göldə boğularaq dünyalarını dəyişiblər.
Moderator.az - a daxil olan dəqiq məlumatda isə bildirilir ki, hadisə deyildiyi kimi süni göldə baş verməyib. Əslində hər iki gənc Şəkinin icra başçısı Elxan Usubova aid olan bağda işləyən zaman hovuza düşərək ölüb. Mənbənin verdiyi xəbərdə bildirilir ki, Elxan Usubova aid olan meyvə bağında 300 tonluq su hovuzu mövcuddur. İcra başçısı bu hovuzdan bağdakı meyvə ağaclarının suvarılması üçün istifadə edir. Bu meyvələr də öz növbəsində bazara çıxarılaraq satılırdı. Yəni qeyd olunan bağ icra başçısının mülküdür və o, bu bağdan biznes maraqları üçün istifadə edirmiş. Gənclər də əmək haqqı alaraq bu bağda işləyirlərmiş.
Qeyd edək ki, moderator.az - ın əməkdaşı mərhumlardan birinin yas mərasimində iştirak edib və bu barədə adının çəkilməsini istəməyən mötəbər mənbədən bununla bağlı məlumat alıb.
Materialda adı çəkilən qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər