GDU rektoru ilə bağlı yeni iddia... - TƏFTİŞ VAR...
11-09-2015, 11:19
Oxunub: 4 970
Yusif Yusifovun narahat olması üçün yetərli qədər səbəb varMəlum olduğu kimi, bir müddət əvvəl Gəncə Texnologiya Universitetində aparılan yoxlamalardan sonra rektor ölkəni tərk etmək məcburiyyətində qalmışdı. Həmin yoxlama zamanı məlum olmuşdu ki, rektor bir sıra maliyyə yeyintilərinə yol verib. Üstəlik, ortada ciddi korrupsiya hallarının olduğu da vurğulanırdı.
JAM.AZ xəbər verir ki, sözügedən təhsil ocağından sonra «qara bulud»lar Gəncə Dövlət Universitetinin də başının üzərini alıb. Məlumatlara görə, xeyli müddətdin adı bir sıra qanun pozuntularında hallanan universitetin rəhbərliyini qorxuya salan əsas səbəb GDU-ya yoxlamanın gəlməsidir.
Xəbərlərdə vurğulanır ki, rektor Yusif Yusifov yoxlamanın gəlişindən ciddi şəkildə narahat olub və bu dəfə işlərinin heç də rəvan gedəcəyinə əmin deyil. Bildirilir ki, Yusifov o qədər narahatdır ki, Maliyyə Nazirliyində mühüm postlardan birində çalışan qardaşı Cavanşir Yusifovdan kömək istəmək məcburəyyətində qalıb.
Mənbə bildirir ki, Yusif Yusifovun narahat olması üçün yetərli qədər səbəb var. Onun sözlərinə görə, GDU-da indiyə qədər bir çox maliyyə maxinasiyaları edilib. Onların bəziləri ört-basdır edilsə də, bir çoxlarının üzərini örtmək mümkün olmayıb. Digər tərəfdən, ortada ciddi ittihamlar, habelə tutarlı şikayətlər də mövcuddur. Hətta bəzi universitet müəllim və tələbələri rəsmi qurumlara korrupsiya halları ilə bağlı ciddi məlumatlar təqdim ediblər. Və bu da yoxlamanın aparılması üçün start düyməsini basmağa səbəb olub.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər