BolgeXeber.Com » Ölkə » Bizə hər yerdə fırıldaq gəlməyi bacaran şəbəkə...

Bizə hər yerdə fırıldaq gəlməyi bacaran şəbəkə...

11-09-2015, 14:05
Oxunub: 4 291 Bizə hər yerdə fırıldaq gəlməyi bacaran şəbəkə...Müştərilər "Araz"ın fəaliyyətindəki çatışmazlıqlarla bağlı dəfələrlə market rəhbərliyinə müraciət etsələr də, market rəhbərliyi vətəndaşların müraciətini əsassız hesab edərək heç bir tədbir görmür

Paytaxtda fəaliyyət göstərən "Araz" Marketlər Şəbəkəsiylə bağlı redaksiyamıza şikayət xarakterli məlumatlar daxil olmaqdadır. Demək olar ki, harada "Araz" market varsa, oranın sakinləri marketlər şəbəkəsinin fəaliyyətindən narazılıq edirlər. Yüksək xidmət adı ilə təbliğat aparan market rəhbərliyi istehlakçıları aldatmaqla məşğuldur. Bizə verilən məlumata görə, "Araz" marketlər şəbəkəsinin bir çox filiallarında ciddi nöqsanlar var.

Vertikal.az bildirir ki, müştərilər "Araz"ın fəaliyyətindəki çatışmazlıqlarla bağlı dəfələrlə market rəhbərliyinə müraciət etsələr də, market rəhbərliyi vətəndaşların müraciətini əsassız hesab edərək heç bir tədbir görmür. Halbuki sözügedən ticarət obyektiylə bağlı şikayətlərin ardı-arası kəsilmir. Şikayətçilərin dediklərinə görə, "Araz" marketlər şəbəkəsinin bir neçə filialında soyuducuların bir qismi demək olar ki, işləmir. Xüsusilə hava şəraitinin isti keçməsini nəzərə alsaq, soyuducuların işlək olmaması məhsulları xarab olmaq təhlükəsiylə üz-üzə qoyur. Vətəndaşlar dəfələrlə aldıqları məhsulun xarab olduğunu deyirlər. Bu ilk növbədə istehlakçıların hüquqlarının pozulmasıdır. Üstəlik də, "Araz" marketlər şəbəkəsi marketlər içərisində məhsulları baha qiymətə satan şəbəkədir. Qiymətlərin baha olmasına görə "Araz" marketlər şəbəkəsi müştəri qıtlığı ilə üz-üzə qalıb. Bundan başqa vətəndaşlar bildirirlər ki, kassalarda alınmış məhsulun qablaşdırılması üçün işçilər yoxdur. Nadir hallarda kiminsə məhsulu çox olarsa, işçilərdən qablaşdırmanı həyata keçirən olur. Əks halda müştərilər məhsullarını özləri qablaşdırmalı olurlar. Belə olan halda digər müştəri uzun müddət gözləməli olur. Bu da istehlakçıların vaxtının alınmasına gətirib çıxarır. Vətəndaşların bildirdiyinə görə, kassada vurulan qiymətlərlə vitrində olan qiymətlər arasında da fərqlilik müşahidə edilməkdədir. Artıq kassa və vitrindəki qiymətlər arasında kəskin fərq "Araz" marketlər şəbəkəsi daxil olmaqla digər marketlər şəbəkələrində də müşahidə edilməkdədir. Bu yolla market rəhbərliyi əlavə qazanc əldə etməyə çalışır.

Təəssüf ki, əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılması hallarının qarşısının alınması istiqamətində tədbirlər görülmür.

Bundan başqa sosial şəbəkələrdə müzakirə olunan digər bir məsələ isə sözügedən marketdə alıcılara pulun qalığının düzgün qaytarılmamasıdır. Alıcılardan biri bildirir ki, "Araz" marketlər şəbəkəsinin Qaraçuxur filialında alış-verişdən sonra ona 40 manat qalıq yerinə 30 manat qaytarıblar. 10 manatın arxasına keçiblər. Müştəri evə gələndən sonra pulun qalığının səhv qaytarıldığını görüb. Geri qayıdıb pulun qalığını istəyəndə isə ona verilən cavab müsbət olmayıb. Marketin administrasiyası pulun yanlış qaytarılmasının mümkün olmadığını və bunu sübut etməyi tələb edib. Müştəri isə nə qədər desə də market rəhbərliyini inandıra bilməyib.

Qarşı tərəfin də mövqeyini yaymağa hazırıq..