AZAL-da güzəştli uçuş qalmaqalı
15-09-2015, 09:20
Oxunub: 922
Əl baqajının yuxarı limiti 5 kiloqram olan reysdə paltarlar və kiçik əl çantaları çəkiyə daxil edilib
Dünən İstanbulun Sabiha Gökçən hava limanında AZAL-ın lou-kost reysi ilə Bakıya uçanlar böyük həyəcan yaşayıblar. Hadisə qiyməti 145-190 dollar arasında dəyişən ucuz qiymətli reysdə baş verib.
Əl baqajının yuxarı limiti 5 kiloqram olan reysdə paltarlar və kiçik əl çantaları çəkiyə daxil edilib. Nəticədə, hər kəsin baqajının toplam çəkisi beş kiloqramı keçib. Buna görə şirkət sərnişinlərdən əlavə olaraq 25-50 avro pul alıb.
Həmin pulu verməyə imkanı çatmayan insanlar dərin həyəcan keçiriblər. Bu insanların arasında xüsusilə tələbələr çox olub və onlar göz yaşları içində başlarına nə gələcəyini bilmədiklərini deyiriblər. Tələbələr bir daha AZAL-ın xidmətindən istifadə etməyəcəklərini bildiriblər.
AZAL-dan məsələ ilə bağlı verilən məlumatda İstanbul hava limanında qaydalara uyğun şəkildə davranıldığını bildiriblər. “Lou-kost reyslərə sərnişin qəbulunun bütün dünya üzrə qəbul edilmiş qaydaları var. İstər indi işləyən Antaliya və İstanbul reysləri olsun, istərsə də yaxında açajağımız Dubay və Moskva reyslərində biz bu qaydalardan kənara çıxa bilmərik”,- deyə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Amma bununla belə, Paşa Kəsəmənski AZAL-ın tələbələr üçün güzəştlər nəzərdə tutduğunu bildirir: “Biz klassik reyslərdə tələbələr üçün güzəştlər barədə düşünürük. Amma bu güzəştlər lou-kost reysləri əhatə etməyəcək və klassik reyslər üçün nəzərdə tutulub”.
Ümumiyyətlə, dünyanın əksər aviaşirkətlərində tələbələr güzəştlər şamil edilir. Buraya qiymət güzəştlərindən tutmuş, pulsuz aparıla bilən baqacın 2 dəfəyə qədər artırılması daxildir. Böyük ehtimalla, AZAL-ın güzəştləri də bu səpkidə olacaq. anspress
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər