“Azərsutikinti” xəstəxanasında abort bazarı
16-09-2015, 11:01
Oxunub: 4 067
"Azərsutikinti" xəstəxanası bazara çevrilib
Səhiyyə ocağına aid heç bir element bu xəstəxanada mövcud deyil.
TİA.AZ-a verilən məlumata görə, tibb ocağına abort üçün müraciət edən onlarla hamilə qadın var. Onlara isə aborta görə müxtəlif qiymətlər “oxunur”.
Abortu edən Sevinc və Elnarə adlı həkimlərdir. Onların köməkçiləri isə aborta görə gələnlərin pulunu yığır.
Məlumatda deyilir ki, hamilə qadınlardan 30-50 manat arası pul alınır. Yəni, konkret məbləğ yoxdur. Bundan əlavə nə müayinə olunur, nə qadının neçə həftəlik və ya aylıq hamilə olduğu öyrənilir.
Həkimlər xəstələri əməliyyat masasına uzadıb ən ibtidai şəraitdə abort edirlər. Xəstəxanada tibbi avadanlıqlar isə Brejnev dövründən qalıb. Bu haqda məlumat verən oxuculardan biri qeyd edib ki, AzərSu-tikinti xəstəxanası ciddi şəkildə yoxlanılmalıdır.
Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi və hüquq-mühafizə orqanları tibb müəssisəsində yoxlama keçirməklə hansı şəraitin hökm sürdüyünün şahidi olacaqlar. Oxucu bildirir ki, aborta gələnlərə qarşı etinasız münasibət var.
Həkimlər onlara bir hamilə qadın kimi yox, bazardakı müştərisayağı baxır. AzərSu-tikinti xəstəxanası rəhbərliyi isə Elnarə və Sevinc adlı həkimlərə bu imkanı yaradıb. İddia olunur ki, onlar aldıqların pulu baş həkimlə bölüşdürür. Odur ki, abortla bağlı bazar şəraiti yaradılıb.
Üstəlik, antisanitariya hökm sürür, abort olunan qadının vəziyyəti öyrənilmir. Onu qeyd edək ki, sözügedən dövlət xəstəxanasının adı bir çox qaranlıq məqamlarda çəkilir. Və dəfələrlə orada baş verən özbaşınalıqlar barədə yazılıb, gündəmə gətirilib.
Yolu sözügedən tibb müəssisəsindən düşən şəxslər xəstələrə göstərilən xidmətin acınacaqlı durumundan, onlardan nələrinsə güdülməsindən şikayətlənirlər. Sanki sözügedən xəstəxana gözdən-könüldən uzaqda olduğundan, burada baş verənlərdən aidiyyəti qurumların xəbəri belə, olmur. Qeyd edək ki, Su-tikinti xəstəxanası metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında yerləşir.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə