Mərhum xalq artistinin xanımından "Azdrama"ya ağır ittihamlar
16-09-2015, 12:56
Oxunub: 5 085
Xalq artisti, mərhum sənətkar İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova aktyorun ölümündə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun adının hallanması ilə bağlı məsələyə aydınlıq gətirib
O, aznews.az-a açıqlamasında bildirib ki, İsrafil İsrafilov “Azdrama”ya direktor təyin olunandan İ.Əsgərov əsəbi və gərgin olub: “Onun ölümünə əsəb səbəb oldu. Bu əsəb də bir günün işi deyildi. 5 il… Teatrın işi ilə bağlı bütün günü əsəbi idi. Aktyorlar mart ayında istəyirdilər ki, İsrafil İsrafilov işdən çıxsın. O isə çıxmadı. Sonra onlar prezidentə məktub ünvanladılar. Gərək kimsə öləydi... O da İlhama düşdü. Qurbanlıq İlham oldu”.
Y.Əsgərovanın sözlərinə görə, İ.Əsgərov dünyasını dəyişən gün teatrın baş rejissoru Azər Paşa Nemətovla görüşüb: “Azər Paşa onu özü otağına dəvət edib. Aralarında teatrla bağlı müzakirə olub. Ümid edirdi ki, yeni bədii rəhbər və baş rejissor gəlib, bəlkə hər şey düzələr. Görünür, söhbət zamanı başa düşüb ki, heç nə düzələn deyil”.
Y.Əsgərova deyir ki, aktyor həmin gecə narahat olub, özünü pis hiss edib: “Azər Paşa Nemətovla görüşdən sonra evə gəldi. Axşam İlhamın halı qəfildən pisləşdi. Getdik xəstəxanaya, amma gecikmişdik. Həkimlər əlindən gələni etdi, lakin nəticə olmadı. Biz İlhamı itirdik”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər