BolgeXeber.Com » Ölkə » “McDonalds” rəhbəri Nəsimi icra başçısı Asif Əsgərovun oğlundan şikayətçidi - QƏRAR

“McDonalds” rəhbəri Nəsimi icra başçısı Asif Əsgərovun oğlundan şikayətçidi - QƏRAR

16-09-2015, 09:36
Oxunub: 5 210 “McDonalds” rəhbəri Nəsimi icra başçısı Asif Əsgərovun oğlundan şikayətçidi - QƏRAR“McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyev Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun həbs edilən oğlu İlham Əsgərlinin barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verəcək

Bu barədə “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin hüquqlarını müdafiə edən vəkil Afət Qazıyeva məlumat verib.

O, bildirib ki, M. Mirzəyev İlham Əsgərlinin həbs müddətinin azaldılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan narazıdır: “Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik edildi. Bakı Apellyasiya məhkəməsinin qərarı ilə İlham Ələsgərli barəsində təyin olunan 5 il 6 ay həbs cəza 3 ilə salındı. Bu, qanunsuz və ədalətsiz bir qərardır. Bu bu qərarla razı deyilik. Ali Məhkməyə kassasiya şikayəti verəcəyik”.

Xatırladaq ki, ötən ilin sentyabrın 27-də 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində yük avtomobilində olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib.

O, Ə. Qəhrəmanovun idarə etdiyi yük maşınında olub və sürücü onu “Paintball” oyunundan evə qaytarırmış. Hadisə nəticəsində hər iki sürücü yaralanıb.

Qəzada dünyasını dəyişən S.Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğludur./azvision.az