BolgeXeber.Com » Ölkə » Hacıqabulda Bilik günü qeyd olundu-FOTO

Hacıqabulda Bilik günü qeyd olundu-FOTO

16-09-2015, 14:21
Oxunub: 5 180 Hacıqabulda Bilik günü qeyd olundu-FOTO15 sentyabr ölkəmizdə Bilik günü kimi qeyd olunur

Dünən ölkəmizin bütün ümumtəhsil və ali təhsil ocaqlarında yeni dərs ili başlayıb.Yeni dərs ilində təhsil işçilərini, müəllim və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə uğurların başlanğıcıdlr.
Respublikamızın hər yerində olduğu kimi Hacıqabul rayonunun ümumtəhsil məktəbləri də Bilik gününü boyük sevinc və təntənə ilə qeyd etdilər. Xüsusən şəhərimizin 1.2,4, 5, 8,9,10, saylı məktəblərində Bilik günü xüsusi ilə qeyd olundu. Bilik günündə müəllimlər,valideynlər, şagirdlər bu günün sevincini yaşayaraq, yeni dərs ilinin başlanması münasibəti ilə öz ürək sözlərini söylədilər.Çünki 3 aylıq fasilədən sonra məktəb üçün darıxan müəllimlər də, şagirdlər də bir araya gəlmişdilər. Nəhayət ki, yeni dərs ilinin ilk zənginin sədaları 3 aya yaxın hökm sürən sükutu pozdu və şagirdlər də, müəllimlər də sinif otaqlarında dərsə başladılar.

Son illərdə rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Rayonda 19 yeni məktəb binası tikilmiş, 8 məktəb binası əsaslı təmir olunmuşdur. Belə ki, 2001-2005-ci illərdə cəmi 2 yeni məktəb binası tikilmişdisə, 2006-2014-cü illərdə 17 yeni məktəb binası tikilmiş 8 məktəbin binası əsaslı təmir olunmuşdur. Bu illər ərzində 4 məktəbdə 460 şagird yerlik 23 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi rayon İcra Hakimiyyətinin daimi diqqət mərkəzində olmuşdur. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işləri, yeni tikilmiş və əsaslı təmir olunmuş məktəbləri nəzərə alsaq Hacıqabul rayonunda fəaliyyət göstərən 33 ümumtəhsil məktəbindən 27-nin, yəni 85%-nin şəraitinin son illərdə müasir tələblərə uyğun yenidən qurulduğu aydın olar. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda təhsilin inkişafına göstərdiyi müstəsna xidmətinin və yüksək diqqətinin bariz nümunəsidir.
Qeyd edək ki, rayonun ümumtəhsil məktəblərində keçirilən Bilik günü tədbirlərində rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon mətbuatının və rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak edirdi.
Bolgexeber.com
Hacıqabulda Bilik günü qeyd olundu-FOTO
Hacıqabulda Bilik günü qeyd olundu-FOTO