BolgeXeber.Com » Ölkə » Bakı Turizm Peşə Məktəbində diplom alveri

Bakı Turizm Peşə Məktəbində diplom alveri

16-09-2015, 16:10
Oxunub: 3 847 Bakı Turizm Peşə Məktəbində diplom alveriPeşə məktəbində təhsilin keyfiyyəti o qədər də yüksək deyil

Bakı Turizm Peşə Məktəbində yaşanan neqativ hallarla bağlı qeydlər var. Bu məktəb 2012-ci ildə Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində 11 saylı Bakı Peşə Liseyinin bazasında yaradılıb.

Bolgexeber.com xəbər verir ki, təhsil müddəti 1 il olmaqla dərslər Azərbaycan və rus dillərində keçirilir.
Vertikal.az-a daxil olan məlumatlarda göstərilir ki, sözügedən təhsil ocağının fəaliyyətində bir sıra nöqsanlara yol verilir.
Xarici dil bilməyənləri də müəyyən şərtlər müqabilində məktəbə qəbul edirlər. Hətta qaydalarda məktəbdə dövlət hesabına təhsil alanlara təqaüdün verilməsinin göstərilməsinə baxmayaraq, şagirdlərə təqaüd vaxtlı-vaxtında verilmir. Müəyyən bəhanələrlə tələbələr aylarla təqaüd üzünə həsrət qalır.
Sözügedən peşə məktəbinə test və ya müsabiqədən kənar qanunsuz yolla qəbul aparılır.
Peşə məktəbində təhsilin keyfiyyəti o qədər də yüksək deyil. Oranı bitirən tələbələr iş tapa bilmirlər. Şagirdlərin və müəllimlərin dərsə davamiyyəti pis vəziyyətdədir. Adı jurnalda olub özü dərsə gəlməyən şagirdlər var. Elə şagird var ki, adı jurnalda yoxdur. Amma dərslərdə iştirak edir. Belə ki, məktəb direktoru qanunsuz olaraq tələbə qəbul edir və onlara saxta diplom verir.
Bəzi müəllimlər dərs saatlarının olmasına və əmək haqqı almalarına baxmayaraq, dərslərdə iştirak etmirlər. Bu siyahıda direktora yaxın şəxslər də var. Bütün bunları təhsil naziri də nəzərə alsa, yaxşı olar.
Çünki bu gün Bakı Turizm Peşə Məktəbində baş verənlərin digər peşə məktəblərində də yaşandığı istisna edilmir. Bakı Turizm Peşə Məktəbində əsasən turizm agenti, aşpaz, barmen, bufetçi, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib, fərdi kompüter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi, kimyəvi təmizləmə aparatçısı ixtisasları üzrə kadr hazırlanır.