BolgeXeber.Com » Ölkə » Sumqayıtda polisə görə özünü yandıran taksi sürücüsü xəstəxanada öldü
Sumqayıtda polisə görə özünü yandıran taksi sürücüsü xəstəxanada öldü
21-09-2015, 10:01
Oxunub: 4 989
Məqsəd ölməmişdən qabaq “məni buna QAİ Ramin məcbur etdi” deyib
Bolgexeber.com bildirir ki, sentyabrın 20-də saat 02 radələrində 27 yaşlı Məqsəd adlı taksi sürücü üstünə benzin tökərək özünü yandırıb. Moderator.az-ın xəbərinə görə, hadisə Sumqayıtda - “Nərimanov” adlandırılan ərazidə baş verib.
İnsanlar taksi sürücüsünə kömək etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb. Özünü yandıran şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, vəziyyətinin ağır olduğunu əsas gətirərək onu xəstəxanaya qəbul etməyiblər. Bakıya gətirilən taksi sürücüsü yolda dünyasını dəyişib.
Məqsəd ölməmişdən qabaq “məni buna QAİ Ramin məcbur etdi” deyib.
Qeyd edək ki, mərhumun iki azyaşlı uşağı var.
Sentyabrın 20-də saat 02 radələrində Sumqayıtdakı "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb.
Apa-nın xəbərinə görə, Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə məlumatında bildirilir ki, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürüb və təcili yardım çağırıblar.
Məqsəd Süleymanov yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsinə baxmayaraq, saat 15 radələrində dünyasını dəyişib.
Bolgexeber.com
Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər