BolgeXeber.Com » Ölkə » Generalın bacıoğlusu müğənnini döyüb?(FOTO)

Generalın bacıoğlusu müğənnini döyüb?(FOTO)

23-09-2015, 12:18
Oxunub: 2 560 Generalın bacıoğlusu müğənnini döyüb?(FOTO)General Bəylər Əyyubovun bacısı oğlu, Lənkəran rayonunun hərbi komissarı Əqid Bayroyevin saxlanması haqda yeni məlumatlar yayılıb

Generalın bacısı oğlu Əqid Bayroyevin Masallıdakı toy məclislərinin birində dava saldığına görə saxlanıldığı iddia olunur.

Savash.org saytı isə yazır ki, Ə.Bayroyev Masallıda deyil, Bakıda “Ay İşığı” restoranında olan toy məclisindəki insidentə görə tutulub. Belə ki, həmin məkanda Masallının hərbi komissarının oğlunun toy məclisində iştirak edən Əqid Bayroyev müğənni Nadir Qafarzadəni döyüb. Bildirilir ki, Nadir Qafarzadənin toydakı çıxışı hansısa səbəbdən Əqid Bayroyevi hiddətləndirib və insident yaşanıb.

“Yeni Müsavat” qəzeti yazır ki, bu, Ə.Bayroyevin adı qarışan ilk insident deyil. 2012-ci ilin noyabrında Ə.Bayroyevi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi vəzifəsindən müğənni Elton Hüseynəliyevi hədələdiyinə, ona qarşı zorakılıq hərəkətlərinə yol verməsinə görə uzaqlaşdırmışdılar. Bu insidentdən sonra Ə.Bayroyev müğənni Röya ilə birgə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı.

Həmin vaxt bildirilirdi ki, Röya ilə Eltonun arasında uzun müddət mahnı üstündə mübahisə yaşanıb.
Elton Röyanı mübahisə zəminində hədələyib. Bundan sonra hər iki müğənni arasında mübahisə daha da böyüyüb. Röya bununla bağlı uzun müddətdir dostluq etdiyi Əqid Bayroyevdən xahiş edib ki, Eltonu cəzalandırsın. Hərbi komissar da Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini sillələyəndən sonra onun başına silah dirəyiblər. Ona “bir də Röyaya gözün üstə qaşın var desən, səni öldürərik” tipində hədə-qorxu gəliblər.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi Mirqafar Seyidovun adına şikayət ərizəsi yazmışdı. BMCMİ əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək idarəyə aparmışdılar. Bundan sonra Elton da BMCMİ-yə dəvət olunmuşdu. Müstəntiq müğənniləri üzləşdirib və Röya Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını rəsmən etiraf etmişdi.

Bu baxımdan hazırda yayılan məlumatların - Əqid Bayroyevin müğənni Nadir Qafarzadəni döyməsi haqda xəbərlər doğru ola bilər.

***

Ə. Bayroyevin polis tərəfindən saxlanılması dəqiq faktdır. Maraqlıdır ki, onun həbsini öz dayısı general Əyyubov isytəyib. Belə ki, sözügedən insident generala məruzə olunduqdan sonra B. Əyyubov göstəriş verib ki, Ə. Bayroyev saxlanılsın və cəzalandırılsın. Onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi və vəzifəsindən azad olunacağı gözlənilir.

Xatırladaq ki, həm Ə. Bayroyev, həm də digər qohumlarının bu tipli qanun pozuntularına görə cəzalandırılmasına general özü dəfələrlə göstəriş verib. Hətta bir neçə il əvvəl generalın qohumlarından biri bir neçə il həbs cəzası alıb və bu yaxınlarda azadlığı çıxıb.

***
Müğənni Nadir Qafarzadə "Qafqazinfo"ya açıqlamasında döyülməsi ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib.
Bolgexeber.com
Generalın bacıoğlusu müğənnini döyüb?(FOTO)
Generalın bacıoğlusu müğənnini döyüb?(FOTO)
Generalın bacıoğlusu müğənnini döyüb?(FOTO)
Generalın bacıoğlusu müğənnini döyüb?(FOTO)