Qazaxda arxivi idarəsi də rüşvətə bulaşıbmış
23-09-2015, 15:46
Oxunub: 1 054
Vətəndaş iddia edir ki, arxivin müdiri ondan bir arayışa görə 2000 manat pul tələb edib
Bu günlərdə redaksiyamıza daxil olamuş növbəti şikayət ərizəsilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəsmi internet saytında təqdim olunan bəzi məlumatlarla maraqlanmalı oldum. Məsələ bundadır ki, bizə müraciət edən vətəndaş, Ağstafa rayonunun Köçəsgər kənd sakini Səidə Qaraxanova bildirir ki, o, 1981-1989-cu illər ərzində Qazax şərab zavodunda fəhlə işləyib. Daha dəqiq desək, həmin vaxt bu müəssisə Leninqrad (indiki Sankt-Peterburq – red.) şərab zavodunun filialı kimi fəaliyyət göstərib. Amma bu elə də vacib deyil. Əsas odur ki, Səidə xanım ömrünü səkkiz ilini bu müəssisədə çalışıb. Təbii ki, bu illər indi təqaüdə çıxmaq istəyən vətəndaş üçün olduqca əhəmiyyətlidir. Buna görə də bir müddət əvvəl Səidə Qaraxanova təqaüdə çıxmaq üçün tələb olunan arayışı almaq məqsədilə Qazax rayon dövlət arxivinə müraciət edib. İlk öncə arxivin müdiri Səbuhi müəllim Səidə xanımın şəxsiyyət vəsiqəsini və 200 (iki yüz) manat da pul alaraq, bir neçə günə arayışı hazır edəcəyini deyib. Əslində bu iki yüz manatın da vətəndaşdan hansı əsasla alındığı bizdə müəyyən maraq yaratmış oldu. Elə Milli Arxiv İdarəsinin rəsmi internet saytına da bu məsələyə aydınlıq gətirmək üçün baxmalı olmuşdum. Fikirləşdim ki, bəlkə arayışların verilməsi üçün hansısa qanuni rüsum və ya digər ödənişlər müəyyən edilib. Lakin saytdan aldığım informasiyada bu barədə heç nə yazılmamışdı. Öyrəndiyim bu oldu ki, Səidə xanımın müraciəti hüquqi dildə Sosial-hüquq xarakterli sorğu - Əmək haqqı və iş stajının təsdiq edilməsi haqqında sorğu adlanır. Xidmətin məzmunu barədə isə, saytda bu məlumat təqdim olunub: Sosial-hüquq xarakterli sorğu hər hansı şəxsin və ya təşkilatın vətəndaşların hüquq və qanuni mənafelərinin təmin olunması barədə sorğusudur. Bu xidmət vətəndaşın əmək fəaliyyəti dövründə vaxtilə işlədiyi müəssisədən (müəssisələrdən) aldığı əmək haqqı və iş stajının arxivdə mühafizə olunan həmin müəssisənin (müəssisələrin) sənədləri əsasında təsdiq olunmasını nəzərdə tutur. Deməli, burada söhbət hər halda vətəndaşların hüquq və qanuni mənafelərinin təmin olunmasından gedir. Başqa sözlə desək, əgər hər hansı məmur tələb olunan arayışı verməkdən imtina edirsə və yaxud da, bunun müqabilində vətəndaşın qarşısına qanunla nəzərdə tutulmamış hər hansı şərt qoyursa, bu zaman həmin məmur vətəndaşın hüquq və qanuni mənafelərini pozmuş olur. Amma Qazax rayon dövlət arxivinin müdiri Səbuhi müəllim, hətta aldığı iki yüz manatla da qane olmayıb. Səidə Qaraxanova bildirir ki, müəyyən olunan vaxt keçdikdən sonra o, yenidən arxivə gedib. Lakin bu dəfə onu qəbul edən Səbuhi müəllim, vətəndaşın şəxsiyyət vəsiqəsini də, aldığı iki yüz manatı da geri qaytarıb və bildirib ki, məbləği müəyyən edəndə kiçik bir səhvlik olub, yəni ikidən sonra gələn sıfırlardan biri unudulub. Əslində isə, bu arayışın qiyməti 2000 (iki min) manatdır. Maraqlıdır, görəsən bu qiymət kim tərəfindən, nə zaman və hansı əsasla təyin edilib? Hər halda biz bu barədə Milli Arxiv İdarəsinin rəsmi internet saytında heç bir məlumatla rastlaşmadıq. Amma çox ümid edirik ki, sözügedən qurumun rəhbərliyi bu məsələyə bir aydınlıq gətirəcək. Öz növbəsində Qazax rayon dövlət arxivinin müdiri Səbuhi müəllim də məsələ ilə bağlı hər hansı açıqlama vermək istəyərsə, təbii ki, biz onu da məmnuniyyətlə dinləməyə hazırıq. Amma bu arada, keçmiş fəhlə və gələcək təqaüdçü Səidə Qaraxanovanın da arayışı verilsəydi, bu lap yerinə düşərdi. Hər halda unutmaq lazım deyil ki, bu ilk baxışda xırda problem təəssüratı bağışlaya biləcək məsələ, vətəndaşın hüquq və qanuni mənafelərinin təminatı ilə bağlıdır.bizimdovr.az
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət